Azərbaycanın iri fondunun da səhmdar olduğu Rusiya bankının səhmləri kəskin bahalaşıb
VTB səhmlərində 6 ilin rekorduRusiyanın ikinci dövlət bankı - VTB Bankın səhmləri son 6 ilin ən yüksək səviyyəsinə çatıb.
Marja xəbər verir ki, Mart ayının sonundan mayın 4-dək ölkənin aparıcı banklarından biri olan VTB Bankın səhmləri 45% bahalaşıb.
Bankın yanvar-fevral ayları üçün maliyyə hesabatını yaydığı gün (31 mart) VTB səhmlərində böyük bir alıcı peyda oldu, ticarət həcmi 6 dəfə artdı. VTB səhmləri, Bankın mənfəətinin 1,5 dəfə artdığını və illik proqnozunu 250-270 milyard rubl səviyyəsində təsdiqlədikdən sonra 7% nisbətində artım qeyd etdi.
Aprel ayında VTB kotirovkaları 20,8% artdı və may ayının ilk ticarət günündə 5,2% əlavə artım baş verdi və 2018-ci ilin aprelindən bəri maksimuma çatdı - hər biri 5,49 qəpik.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu 2,95% pay ilə VTB Bankın səhmdarlarından biridir.
"Ralli", VTB Bankın kapitallaşmasını beş yarım həftə ərzində 218 milyard rubl artmasına səbəb olub.
Bankın səhmlərinin bahalaşmasına top menecerlərin açıqlamaları da səbəb olur.
İlk rübdə VTB Bankın xalis mənfəəti iki dəfə artaraq 85,1 milyard rubla çatıb. Bank 2022-ci ildə 310 milyard rubl xalis mənfəət proqnozlaşdırır və eyni zamanda aqressiv bir genişləndirmə strategiyası elan edib. Belə ki, VTB Bank müştəri bazasını artırmaq niyyətindədir - hazırkı 14 milyondan 2025-ci ilədək 30 milyonadək.
VTB-nin Müşahidə Şurası 2020-ci il üçün 35,65 milyard rubl dividend təsdiqləyib - bu, 2,7% gəlir deməkdir. Bununla birlikdə, rəhbərlik səhmdarlara IFRS mənfəətinin 50%-ni ödəmək planını təsdiqləyib. Bu o deməkdir ki, "bankın kapital mövqeyini yaxşılaşdıracağı təqdirdə, VTB səhmlərinin 2021 və sonrakı illər üçün dividend gəliri iki rəqəmli (10%) ola bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 7 saat əvvəl
-
7 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq























