Hindistanın xaricdəki aktivlərinə təhlükə - 1,2 MİLYARD DOLLARLIQ ÇƏKİŞMƏ
Məhkəmə iddianı təmin etsə, Air India-nın təyyarələri və başqa əmlaklar üzərinə həbs qoyula bilər....Avropanın aparıcı neft-qaz şirkətlərindən olan Cairn Energy-nin Hindistan hökuməti ilə məhkəmə çəkişməsi özünün pik həddinə çatıb.
Marja xəbər verir ki, cümə günü şirkət Nyu-York Əyalət Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Air India şirkətinin ABŞ aeroportlarına uçan təyyarələri üzərində həbs qoyulmasını xahiş edib. Bununla da, Cain Energy Hindistan hökumətini şirkətə borclu olduğu 1,2 milyard dollarlıq vəsaitin ödənməsinə məcbur etmək niyyətindədir.
“Air India Hindistan hökumətindən hüquqi baxımdan qətiyyən ayrı deyildir. Onların arasındakı nominal fərq sadəcə Hindistan hökumətinə özünün bəzi aktivlərini ədalətsiz şəkildə Cairn kimi kreditorlara qarşı müdafiə etmək üçün lazım olan bir illüziyadır.” - şirkətin məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirilir.
Bəs indiki vəziyyətə gəlib çatmış bu həcmdə çəkişmə hardan və necə başlayıb? Gəlin birlikdə tarixçəyə nəzər salaq...
1981-ci ildə keçmiş reqbi oyunçusu, Şotlandiyalı Ser Uilyam Gammel və ailəsi tərəfindən ABŞ-da qurulan Cairn Energy sabiq ABŞ prezidenti Corc H. Buşun (ata Buş) şirkəti ilə birlikdə bir neçə neft yatağına uğursuz investisiyalardan sonra, Pensilvaniyada nəhəng neft ehtiyatları kəşf edir. Əldə etdiyi iri həcmli gəlirlər şirkətə tezliklə beynəlxalq bazarlara çıxmaq imkanı verdi. 1988-ci ildə London Birjasında qeydiyyatdan keçir, Şimal dənizinin Böyük Britaniya sektoru, Papua Yeni Qvineya, İspaniya, Vyetnam, Çin, Avtstraliyada hasilat işlərinə başlayır, 1996-cı ildə isə Banqladeşin Çittaqonq limanı yaxınlığında nəhəng qaz yatağı kəşf edir. Bununla, şirkət Cənubi Asiya regionunda da mövqelərini möhkəmləndirir.
1997-ci ildə Cairn Energy digər Avropa enerji nəhəngi Royal Dutch Shell-in Hindistanın Rajastan ştatındakı Manqala sahəsində malik olduğu payın 50%-ni alır. 2001-ci ildə Shell yatağın perspektivsiz olduğunu bildirərək, qalan 50% payı da cəmi 7,5 milyon dollara Cairn Energy-ə satır. 2004-cü ildə Cairn Manqalada Hindistanın ən iri quru neft yatağını - 1,1 milyard barellik neft ehtiyatını kəşf etdi. Nəticədə sürətlə varlanan şirkət ən dəyərli 100 Britaniya şirkətinin siyahısı olan FTSE100 indeksinə girmiş oldu.
2006-cı ildə Cairn Energy yerli törəmə şirkət - Cairn India-nı quraraq, Manqala yatağındakı payları ona ötürdü. Hindistan Gəlir Vergisi Departamenti prosesin vergi öhdəliyi yaratdığını, Cairn Energy isə alqı-satqı olmadığını, sadəcə pay ötürülməsi olduğunu bildirirdi. İlk ziddiyyət burdan başladı. Daha sonra, Cain Energy 2011-ci ildə Hindistandakı biznesinin əksər hissəsini milyarder Anil Aqarvalın şirkəti Vedanta Resource-a 8,7 milyard dollara satdı. Vergi orqanı qalan 9,8%-lik payn satılmasına icazə vermədi və Cain India-nın bank hesablarını donduraraq, ana şirkət olan Cain Energy-ə dividend ödənilməsinin qarşısını aldı. Hindistan hökuməti isə 2012-ci ildə qanunvericiliyə 1962-ci ildən indiyə qədər ölkədə baş vermiş alqı-satqı və pay ötürülməsi proseslərini təkrar araşdırmağa və vergi öhdəliklərini yenidən hesablamağa imkan verən düzəliş etdi.
Nəticədə hökumət Cain Energy-nin 2007-ci ildən etibarən 1,4 milyard dollarlıq vergi borcunun yığıldığını və ödənmədiyi təqdirdə Cain India-da dəyəri təxminən 1 milyard dollar təşkil edən qalan 10% payı müsadirə edəcəyini bildirdi. Hökumətlər razılığa gələ bilməyən şirkət 2015-ci ildə Haaqa Beynəlxalq Arbitraj məhkəməsinə müraciət edib. 5 il çəkən prosesdən sonra, 2020-ci ilin dekabrında məhkəmə Cain Energy-nin haqlı olduğu və Hindistan hökumətinin şirkətə 1,2 milyard dollar təzminat ödəməsi barədə qərar çıxarıb. Hindistan tərəfi qərarla razılaşmayaraq, apellyasiya şikayəti verib.
Cain Energy-nin paralel şəkildə ABŞ-da Hindistanın dövlət əmlakları üzərində həbs qoyulmasına dair məhkəmə iddiası qaldırması gərginliyi daha da qızışdırıb. Prosesi izləməyə davam edəcəyik.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 10 saat sonra
- 42 d. əvvəl
-
1 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
-
3 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
-
3 saat əvvəl
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
Sənaye sektoruna verilən kreditlər avqustda cüzi artıb
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
Tikinti sektoruna verilən kreditləri kəskin artıb



























