Mühacirlər tarixi vətənlərinə rekord məbləğdə pul köçürüblər - 17,2 MİLYARD DOLLAR
2020-də xaricdən Vyetnama pul köçürmələrinin həcmi 17,2 milyard dollar təşkil edibVyetnam xarici diaspora nümayəndələrindən ən çox maliyyə axını alan ölkələr arasında dünya miqyasında ilk onluğa daxil olub. Marja xəbər verir ki, bu barədə bazar ertəsi Dünya Bankının məlumatlarına istinadən "Zan Chi" qəzeti məlumat verib.
Vyetnam mühacirlərinin 2020-ci ildə tarixi vətənlərinə göndərdikləri köçürmə həcmi 17,2 milyard dollara çatmışdır. Əvvəlki ilə nisbətən xarici daxilolmalar 3% artıb və son iyirmi ildə bu cür köçürmələrin illik həcmi 2000-ci ildəki 1,3 milyard dollardan onqat artıb.
Xaricdəki Vyetnamlılar ilə İş üzrə Dövlət Komitəsinə görə, dünyanın yüzdən çox ölkəsində 4,5 milyondan çox Vyetnam mühaciri var. Son dörddəbir əsrdə Vyetnam tərəfindən yığılmış fondların ümumi miqdarı 150 milyard dolları keçib.
Xaricdəki həmvətənlərdən pul köçürmələri Vyetnam üçün valyuta gəlirlərinin ən vacib mənbələrindən biridir. Bu fondlar milli iqtisadiyyatın gücləndirilməsinə kömək edir və ölkənin inkişafında mühüm rol oynayır. Məlumatlara görə, xaricdə yaşayan vyetnamlıların pulları, Vyetnam iqtisadiyyatına qoyulan bütün xarici investisiyaların təxminən üçdə birini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 7 saat əvvəl
-
7 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq






















