Təchizat problemi qlobal velosiped istehsalını “vurub”
Ən iri istehsalçılar sifarişləri çatdırmaqda çətinlik çəkir.
Pandemiyanın gətirdiyi məhdudiyyətlərdən biri də əksər ölkələrdə ictimai nəqliyyatın ya həftəsonları, ya da müəyyən müddət ərzində tamamilə işləməməsidir. Bu isə avtomobillərə nisbətən daha ucuz və sağlam nəqliyyat vasitəsi olan velosipedlərə tələbatı son 10 ildə görünməmiş dərəcədə artırıb.
Marja xəbər verir ki, ilin əvvəlindən 62 milyon ədəddən çox velosiped buraxan qlobal istehsalçılar sürətlə yüksələn sifarişləri tam həcmdə yerinə yetirməkdə çətinlik çəkir. Səbəb ehtiyat hissələrin təchizatında qlobal bazarın 65%-ni əlində saxlayan Yaponiyanın Shimano şirkətinin üzləşdiyi problemlərdir.
Bu il 100 yaşını qeyd edəcək Shimano 40-a yaxın filialı, Çin, Malayziya və Sinqapurdakı ən iri zavodları və illik 3 milyard dollardan artıq satışları ilə velosipedlər üçün təkər, əyləc, çarx və digər mexanizmlərin təchizatında dünya lideridir. Son bir ildə qlobal tələbatın sürətlə artması nəticəsində şirkət istehsal həcmini və işçi sayını maksimum artırsa da, istehsalçıları lazımi ehtiyat hissələri ilə təchiz etməkdə çətinlik çəkir. Dünyanın ən iri velosiped istehsalçılarından ABŞ-ın Trek, Tayvanın Giant və Merida, İtaliyanın Cicli Pinarello, Davide Campagnolo şirkətləri bu səbəbdən bəzən sifarişlərin 300 günə qədər ləngidiyini bildirirlər.
Tour de France beynəlxalq velosiped yarışının üçqat qalibi Greg LeMondun adı ilə əlaqədar yaradılan yeni velosiped istehsalçısı LeMond isə Shimanonun təchizatı 80% kəsməsi səbəbindən yeni modelini 4 aydır ki buraxa bilmir. Ekspertlər tələbatın gələn ilin yayına kimi yüksək həddə qalacağını və yalnız pandemiyanın təsirləri böyük dərəcədə ötdükdən sonra səngiyəcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
45 d. əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 47 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR
-
2 saat əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

İdxal artsa da, Gömrük Komitəsi plana tam əməl edə bilmir

Oktyabrın 7-də gözlənilən hava şəraiti

Ersin Tatar Azərbaycana səfərə gəlib

Renault 3 min nəfəri ixtisar etməyi planlaşdırır

Dövlət büdcəsində 4,5 milyard manatlıq artıqlıq yaranıb
