Onlayn İctimai Nəzarət Platforması təqdim edildi – PROBLEMLƏRLƏ RASTLAŞDIQDA MƏLUMAT VER
(®️) 2 iyun 2021-ci il tarixdə Onlayn İctimai Nəzarət Platformasının (www.enezaret.az) təqdimatına dair mətbuat konfransı keçirilmişdir.
Bu platformanın məqsədi ictimaiyyəti narahat edən müəyyən məsələlərə dair (yol, infrastruktur, abadlıq və s.) vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır.
Boru sızması, məişət tullantılarının daşınmaması, yol örtüyünün dağılması, aşmış ağaclar, açıq lyuklar və sair problemlərlə rastlaşdıqda vətəndaşlar WhatsApp (055 4502013) və ya sayt vasitəsi ilə (www.enezaret.az) Enəzarət komandasına məlumatı çatdıracaq, platformanın vəkilləri isə problemlərin həlli istiqamətində müvafiq addımlar atacaq.
Mətbuat konfransında çıxış edən Açıq Hökümət platformasının koordinatoru Əliməmməd Nuriyev ölkəmizdə ictimai nəzarət və ictimai iştirakçılıq sahəsində qanunvericilik, ölkə rəhbərliyinin siyasi dəstəyi və son illərdə həyata keçirilən fəaliyyətlər haqqında məlumat vermişdir. Əliməmməd Nuriyev Onlayn İctimai Nəzarət Platformasının vətəndaşlar üçün bir çox imkanlar yaratdığını qeyd etmişdir.
Tədbirdə salamlama sözü ilə çıxış edən USAID-in ölkə üzrə missiya direktoru cənab Caydev Sinqh təmsil etdiyi qurumun Azərbaycan hökumətinə və xalqına dost münasibətini vurğulamış, Azərbaycanda həyata keçirilən islahatlara USAID tərəfindən daima dəstək verildiyini qeyd etmişdir. Cənab Caydev oxşar platformanın ABŞ-da uğur qazandığını və eyni uğuru Azərbaycanda da görmək istədiyini bildirmişdir.
Layihənin icraçısı olan “MG Consulting” şirkətinin rəhbəri Məhəmməd Quluzadə ECSOFT layihəsi, Onlayn İctimai Nəzarət Platforması və platformanın iş mexanizmi barədə ətraflı məlumat vermişdir.
Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıqda həyata keçirilən pilot layihədir.
Tədbirin sonunda ECSOFT layihəsi çərçivəsində keçirilmiş “Korrupsiya ilə mübarizə” mövzusunda poster və video çarx ideyası müsabiqəsi üzrə qaliblərə mükafatlar təqdim edilmişdir.
Əlavə məlumat üçün: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
26 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
35 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

























