Avropa İttifaqı 800 milyard avroluq borclanmaya başlayır
Ancaq 10 iri banka bu nəhəng sövdələşmədə yer yoxdur...Avropa İttifaqı bugündən iri borclanma proqramının icrasına başlayır.
Marja xəbər verir ki, hələ ötən ilin yayında Avropa İttifaqına üzv dövlətlər arasında razılaşdırılan və koronavirus pandemiyasının vurduğu iqtisadi ziyanları aradan qaldırmağa və iqtisadiyyatın bərpasına yönəlmiş NextGeneration EU proqramına uyğun olaraq, Avropa Komissiyası irihəcmli maliyyə vəsaitlərini cəlb etmək məqsədilə 10 illik istiqrazların ilk partiyasını buraxır.
Bütövlükdə Avropa İttifaqı 2026-cı ilə qədər 800 milyard avro (təxminən 970 milyard dollar) həcmində borc kağızları buraxmaq niyyətindədir. Bu isə qurumun tarixində ən iri həcmli borclanmadır. Təkcə bu ilin ikinci yarısında 80 milyard avro, daha sonra isə illik 150 milyard avro dəyərində istiqraz buraxılması planlaşdırılır. Avropa Komissiyası cəlb olunacaq vəsaitlərin 407 milyard avrosunu üzv dövlətlərə əvəzsiz yardım (qrant), qalan 386 milyard avronu isə kredit şəklində verəcək.
Gəlirlilik dərəcəsi yüksək hesab olunan istiqrazlar uğrunda ən iri maliyyə-investisiya bankları indidən amansız yarışa giriblər. Lakin Avropa Komissiyası aralarında məşhur qlobal oyunçular olan 10 bankı məyus edərək, onlara istiqrazların alqı-satqı sövdələşmələrində iştirakı qadağan edib. JPMorgan, Citigroup, Bank of America, Barclays, Natixis, Nomura, NatWest, UniCredit, Deutsche Bank və Credit Agricole 2007-2013-cü illərdə valyuta bazarında manipulyasiya etdiklərinə, daha sonra gizli istiqraz sövdələşmələrində iştirak etdiklərinə və rəqabət qaydalarını pozduqlarına görə bu hüquqdan məhrum ediliblər.
HSBC, BNP Paribas, DZ Bank, Morgan Stanley, Santander, Danske Bank və Intesa Sanpaolo ilə birlikdə cəmi 39 bank isə bugün başlanan və sentyabrdan müntəzəm hərraclar şəklində keçiriləcək istiqraz buraxılışlarına qatıla biləcək. Artıq investorlar 20 milyard avro borc öhdəliklərinin müqabilidə 140 milyard avroya qədər vəsait təklif ediblər.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
19 d. əvvəl
SOCAR-da faiz yükü böyüyür – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
-
-
37 d. əvvəl
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt-a olacaq
- 48 d. əvvəl
- 53 d. əvvəl
-
2 saat əvvəl
SOCAR-ın Birləşmiş Ərəb Əmirlikləri üzrə gəlirləri 8 dəfədən çox azalıb
-
2 saat əvvəl
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb ®
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Xam neft satışından gəlirlər 11,1 milyard manat azalıb
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
Anbardan külli miqdarda saxta aksizli içki çıxdı
Ən çox oxunanlar
SOCAR-ın xalis mənfəəti yerində sayıb
SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı
“28 May”–“Nizami” bağlanır - 6 yeni ekspres marşrut işə salındı
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Sənaye parkında yeni şirkət - 27,5 milyon manat yatıracaq, burger və hot-doq üçün bulka istehsal edəcək
Azərbaycan neftinin son qiyməti
























