Zoom təxminən 14 milyard dollara yeni biznes alır - DETALLAR
Pandemiyanın ən uğurlu şirkətlərindən biri xidmət sahəsini genişləndirir...ABŞ-ın telekommunikasiya və texnologiya şirkəti, koronavirus pandemiyasında ən çox istifadə olunan videotoplantı, telekonfrans və onlayn çat xidməti Zoom yeni biznes alır.
Marja xəbər verir ki, şirkət bulud texnologiyalarına əsaslanan əlaqə mərkəzi və digər xidmətlər təqdim edən Five9-u 14,7 milyard dollara almağa razılaşıb.
Bu sövdələşmə Micsoroftun Nuance Communications şirkətini 16 milyard dollara alacağını bəyan etməsindən sonra cari ildə ABŞ-da ikinci ən böyük texnoloji şirkət satışıdır. Five9 ötən həftəsonunu 11,9 milyard dollar bazar dəyəri ilə yekunlaşdırıb.
Ötən il gəlirləri 326%, səhmlərinin dəyəri isə 400%-ə qədər atıran Zoom bu il pandemiya məhdudiyyətlərinin yumşaldılması və daha çox insanın ofisə dönməsi səbəbindən azalan qazancını kompensasiya etmək niyyətindədir. Five9-u satın almaqla bulud texnologiyaları bazarına daxil olmaq da buna xidmət edir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 15 saat sonra
-
7 d. əvvəl
Avrozonada inflyasiya üç ilin maksimumuna yüksəlib – ECB-yə faiz təzyiqi artır
-
14 d. əvvəl
Qeyri-rezidentlərin Azərbaycan banklarında əmanətləri bir ayda 100 milyon manat artıb
-
24 d. əvvəl
Banklararası iri ödənişlərin sayında və həcmində ciddi aylıq geriləmə baş verib
-
28 d. əvvəl
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
-
1 saat əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
1 saat əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Qeyri-rezidentlərin Azərbaycan banklarında əmanətləri bir ayda 100 milyon manat artıb
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
Ən çox oxunanlar
Kartlar ilə verilən kreditlər azalır
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR


























