Kabel şəbəkəsi yayımçılarının iradları rədd edildi
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında kabel şəbəkəsi yayımçılarının retranslyasiya olunan telekanallarda xarici reklamların yayımının qadağan olunmasına etdikləri iradlar qəbul edilməyib.
MM-in Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov bildirib ki, kabel yayımçılarının fəaliyyəti bu günə qədər Milli Televiziya və Radio Yayımı Şurasının daxili qaydaları ilə tənzimlənir: “Lakin getdikcə kabel şəbəkəsi genişlənir. Artıq yalnız Bakıda deyil, Gəncədə, Sumqayıtda da kabel şəbəkəsi yayımı həyata keçirilir. Düşünürəm ki, zaman keçdikcə, bu, bütün Azərbaycanı əhatə edəcək. Ona görə də kabel şəbəkəsi yayımını tənzimləyən qanunun olması vacibdir”.
“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin MM-in 1-ci oxunuşunda nəzərdən keçirildiyini deyən R.Hüseynov əlavə edib ki, kabel şəbəkəsi yayımçıları bu qanuna bəzi iradlarını bildiriblər.
Bu iradlardan birinin reklamla əlaqədar olduğunu deyən R.Hüseynov qeyd edib ki, qanun layihəsinə görə, kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağandır:
“Kabel şəbəkəsi yayımçılarının ortaya qoyduğu iddia bundan ibarətdir ki, bu reklamın praktik olaraq, çıxarılması üçün texniki imkan yoxdur. Çünki bunlar sadəcə yayımın ötürülməsi ilə məşğuldurlar. Amma məsələni araşdırdıq və gördük ki, məsələnin mahiyyəti belə deyil. Düşünülür ki, gələcəkdə xarici kanallar Azərbaycan üçün translyasiya etdikləri verilişlərdə o reklamları verməsinlər. Hansı ölkələrlə müqaviləsi varsa, reklamı ona versinlər. Artıq belə praktika müxtəlif ölkələrdə var. Azərbaycanda da bu praktikanın tətbiqi nəzərdə tutulur. Çünki xarici reklamlar Azərbaycanın reklam bazarına mənfi təsir göstərir. Belə reklamların yayımlanması digər tərəfdən arzuolunmaz reklamların Azərbaycan mühitinə işləməsinə yol açır. Ona görə də gələcəkdə kabel şəbəkəsi yayımçıları texniki imkanları geniş olan hansısa kanalla müqavilə bağlayarlar və lazım olan halda reklamları oradan çıxara bilərlər. Digər məsələ isə verilişlərin Azərbaycana o reklamlarsız ötürülməsidir. Ona görə də kabel şəbəkəsi yayımçılarının iradlarına görə çıxarılması istənilən bu maddələrin qalması vacibdir və qalması da nəzərdə tutulur”.
Qanun layihəsi ikinci oxunuş Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, Facebook, Google, Youtebe kimi bir sıra xarici şirkətlər də Azərbaycan ərazisində reklam nümayiş etdirib, reklam gəlirləri əldə edirlər. Bu da yerli KİV-lərin gəlirlərini azaldır. Son dövrlər Facebook, Google və Youtube reklamları özlərinə cəlb edirlər. Texniki və əhatə baxımından məhdud imkanlara malik olan elektron KİV-lər bundan zərər çəkirlər.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
12 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
29 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
53 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
2 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























