Direktoru olduğu şirkətə verdiyi kreditin müddətini uzadıb
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətinin prezidenti və baş icraçı direktoru (CEO) Reza Vəziri şirkətə verdiyi kreditin müddətini uzatmağa razılıq verib.
Bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, R.Vəzirinin verdiyi kreditin məbləği 4 mln.dollar, müddəti gələn il yanvarın 8-dək olub. Hazırda kreditin ödənilməyən hissəsi 3,9 mln. dollar təşkil edir. Borucun illik faizi 10%-dir.
Bu kreditin müddətinin uzadılması üçün hazırda müzakirələr aparılır. Kreditin digər şərtlərinin əvvəlki kimi qalması gözlənilir.
Şirkətdən qeyd olunub ki, R.Vəzirinin borcunun uzadılması şərtləri və şirkətin digər borcları barədə şirkətin ilin yekunları ilə bağlı hesabatında ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (PSA - Production Sharing Agreement, Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
Şirkətin oktyabr ayındakı rüblük hesabatına görə, xalis borc III rübdə 7,6% azalaraq oktyabrın 1-i vəziyyətinə 37,7 mln. dollar təşkil edib.
Bu müddətdə şirkətin Azərbaycan Beynəlxalq Bankına (ABB) borcu 24% azalaraq 8,7 mln. dollar olub. "Anglo-Asian Mining" şirkətinin "YapıKredi Bank"a borcu III rübdə 0,5 mln. dollar azalaraq oktyabrın 1-nə 0,9 mln. dollara enib.
Şirkətin "PAŞA Bank" ASC-yə borcu isə 0,9 mln. dollar artaraq 3,3 mln. dollardan 4,2 mln. dollara yüksəlib.
Şirkətin eyni zamanda Amsterdam Ticarət Bankına 19,7 mln.dollar, "Atlas Copco"ya 1 mln.dollar borcu var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
2 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 45 d. əvvəl
-
49 d. əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
























