45 illik tarixinin ən yüksək rüblük mənfəətini açıqladı
Apple-ın 45 illik tarixinin ən yüksək rüblük mənfəətini açıqllayıb. Şirkətin cəmi gəlirləri illik müqayisədə 36% artaraq rekord qırıb.iPhone və digər cihazlara olan güclü tələbin təsiri ilə Apple Inc şirkəti maliyyə ilinin üçüncü rübündə rekord mənfəət əldə edib.
Marja xəbər verir ki, Apple şirkəti 2021-ci maliyyə ilinin 3-cü rübünü 21 milyard 744 milyon dollar xalis mənfəət ilə başa vurub. Bu, şirkətin 45 illik tarixində əldə etdiyi ən yüksək rüblük mənfəətdir. Analitiklər 17 milyard dollar xalis mənfəət gözləyirdilər.
Apple şirkəti 2020-ci maliyyə ilinin 3-cü rübünü 11 milyard 253 milyon dollar xalis mənfəət ilə bağlamışdı.
2021-ci maliyyə ilinin 9 ayı ərzində Apple şirkətinin cəmi xalis mənfəəti 74 milyard 129 milyon dollar təşkil edib.
İyunda sona çatan 3 aylıq dövrdə (aprel-iyun) Apple şirkətinin cəmi gəlirləri (satış) illik 36% artaraq 81 milyard 434 min dollar təşkil edib (ötən ilin eyni dövründə 59 milyard 685 min dollar olmuşdu). Maliyyə ilinin 9 ayı ərzində isə cəmi satışlarının həcmi 282 milyard 457 min dollar təşkil edib.
iPhoe satışları 3-cü rübdə illik 50% artımla 39 milyard 570 milyon dollar, 9 ay ərzində isə 37,5% artımla 153 milyard 105 milyon dollar olub.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
3 d. əvvəl
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
-
50 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
56 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: "Artıq göstəriş verildi, əməkhaqqı, pensiyalar, müavinətlər qaldırılacaq"
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Kartlar ilə verilən kreditlər azalır
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Ən çox oxunanlar
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat


























