Çin iqtisadiyyatının artmasına dair proqnozlar aşağı salınır - ÖLKƏDƏ KORONAVİRUS SÜRƏTLƏ YAYILIR
Hazırda Çin, yeni növ koronavirusun (Covid-19) ilk dəfə ortaya çıxdığı 2019-cu ilin sonundan bu yana ən geniş şəkildə epidemiyanı yaşayır. Marja xəbər verir ki, bununla əlaqədar olaraq Çin iqtisadiyyatının artmasına dair proqnozlar aşağı salınır.
Koronavirusun daha yolxucu Delta variantı ölkədəki 32 bölgənin yarısına yaxınında yalnız iki həftə ərzində yayılıb. Ən azı 46 şəhərin sakinlərinə lazım olmadığı təqdirdə səyahət etməmələri tövsiyə edilib.
Çində rəsmilər turizm təsislərini bağlayıb, ölkədə mədəni tədbirlər və ölkədaxili təyyarə səfərləri ləğv edilib. Ölkənin bəzi bölgələrindəki sel fəlakətilə bərabər, tətbiq edilən son Covid-19 məhdudiyyətlərinin ilin ikinci yarısında ölkə iqtisadiyyatına mənfi təsir edəcəyi gözlənilir.
"Nomura Holdings Inc" Çin üçün 2021-ci ilin üçüncü rübündə nəzərdə tutduğu 6,4%-lik artım proqnozunu 5,1%-ə endirib. Təşkilat, son rüb üçün iqtisadi artım proqnozunu 5,3%-dən 4,4%-ə endirib. Nomura ilin hamısı üçün artım proqnozunu isə 8,9%-dən 8,2%-ə salıb.
"Goldman Sachs" isə üçüncü rüb artım proqnozunu (6,2%) 0,7 bənd azalda biləcəyini açıqlayıb.
"Bloomberg Economics" və "NatWest Group Plc" də Çin iqtisadiyyatının artım proqnozları üzərində aşağı istiqamətli risklər olduğunu açıqlayıblar.
Beynəlxalq Valyuta Fondu Çin ilə bağlı iqtisadi artım təxminini 8,4%-dən 8,1%-ə endirib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
17 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
23 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 28 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar





























