Çinin 200 şirkəti ildə xarici bazarlarda hər biri ən azı 1 milyard dollar qazanır
Ancaq logistika problemləri “Made in China” etiketli malların daha çox satışına imkan vermir...Hazırda təxminən 3400 Çin şirkəti öz məhsullarını ölkə sərhədlərindən kənarda - xarici bazarlarda satır. Marja CNBC-yə istinadla xəbər verir ki, bunlardan 200-ü xaricdəki satışlardan ildə ən azı hər biri 1 milyard dollar gəlir əldə edir.
Ancaq son 1 ildə logistika və təchizat problemləri ticarət həcminin artırılmasına ciddi maneə yaradır. Bunun səbəblərindən biri pandemiyanın yaratdığı məhdudiyyətlərdirsə, digəri ölkələr arasında gedən “ticarət savaşları”dır. Nəticədə son bir ildə iri konteynerin daşınma xərci 5 qat - 3 min dollardan 15 min dollara qədər artıb. Çatdırılma müddəti isə ən azı bir həftə daha uzundur.
Çin mallarına tələbat durmadan artır...
Çin Statistika Bürosunun məlumatlarına görə, cari ilin ilk yarısında Avropa İttifaqına ixrac 36% artaraq, 233 milyard dollara, ABŞ-a satışlar isə 42,6% yüksələrək, 252,86 milyard dollara çatıb. Təkcə bir şirkət - məişət avadanlıqları təchizatçısı Hisense ötən il pandemiya şəraitində beynəlxalq bazarlarda 7,9 milyard dollarlıq mal satıb.
Çıxış yolu - xarici bazarlarda “lokallaşmaq”
Çin şirkətləri problemin həlli üçün optimal varianta keçir - ABŞ və Avropada iti anbarlar tikmək və ya kirayələmək, malları öncədən ora nəql edib sifarişləri daha qısa müddətdə çatdırmaq. Çin Ticarət Nazirliyinin məlumatına görə, bu ilin birinci yarısında Çin şirkətləri xaricdə 100 yeni anbar inşa edib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
17 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
23 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 28 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar






























