Qlobal qida qiymətləri İyulda da gerilədi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, FAO Qida Qiymət İndeksi İyulda aylıq müqayisədə 1,2% düşüb. İndeks ötən ilin eyni dövrü ilə müqayisədə isə 31% yüksəkdir.
İndeks İyun ayında da düşmüşdü.
Marja xəbər verir ki, iyulda 123 bəndə geriləyən İndeksin ardıcıl 2 aydır düşməsinə taxıl, bitki mənşəli yağların və süd məhsullarındakı qiymət azalmaları təsir edib.
FAO Taxıl Qiymət İndeksi, Braziliyadakı iqlim şərtləri bir narahatlıq qaynağı olmağa davam etsə belə, Argentinada nəzərdə tutulandan daha yaxşı olan məhsul və ABŞ-da artan istehsal gözləntiləri ilə əlaqəli olaraq beynəlxalq qarğıdalı qiymətlərindəki aylıq 6%-lik azalmanın təsirilə İyulda aylıq müqayisədə 3,8% geriləyib. Ancaq İndeks, keçən ilin eyni dövrü ilə müqayisədə hələ də 29,6% yüksəkdir.
Qismən Şimal Amerikadakı quru hava və məhsul şərtlərinə bağlı narahatlıqlar səbəbilə buğda qiymətləri İyul ayında 1,8% artaraq 2014-cü ilin ortasından bu yana ən yüksək səviyyəsinə çatıb.
Eyni zamanda, beynəlxalq düyü qiymətləri, məzənnə hərəkətlərindən, yüksək fraxt xərcləri və logistika əngəllərindən qaynaqlanan yavaş satışa görə iki ilin ən aşağı səviyyəsinə geriləyib.
FAO Süd Məhsulları Qiymət İndeksi davam edən yay tətilləri səbəbilə Şimal yarımkürədə yavaşlayan bazar fəaliyyətinin təsirilə İyulda aylıq müqayisədə 2,8% düşüb. Ən çox yağsız süd tozunun qiyməti düşüb, ardından kərəyağı, tam yağlı süd tozu və pendir gəlir. Ancaq indeks keçən ilin eyni ayı ilə müqaysədə 14,5% yüksəkdir.
FAO Bitki mənşəli Yağ Qiymət İndeksi, soya və günəbaxan yağı qiymətlərinin artan palma yağı qiymətlərini balanslaşdırması ilə İyulda aylıq müqayisədə 1.4% geriləyərək beş ayın ən aşağı səviyyəsini görüb.
FAO Şəkər Qiymət İndeksi isə tərs bir trend nümayiş etdirərək dördüncü aylıq artımı olan İyul ayında 1,8% yüksəlib.
FAO Ət qiymət İndeksi də Şərq Asiyadakı artan idxal və bəzi bölgələrdə məhdud istehsal artımları səbəbilə aylıq müqayisədə 0,8% artıb. Mal əti qiymətləri də Çinin yüksək idxalı və böyük istehsal bölgələrindən təklifin azalması ilə bahalaşıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
24 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
30 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: "Artıq göstəriş verildi, əməkhaqqı, pensiyalar, müavinətlər qaldırılacaq"
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat





























