"OPEC+ bir il ərzində sərbəst neft hasilatı imkanını tükədə bilər"
OPEC+ ölkələri oktyabr-noyabr aylarında neft ixracını əhəmiyyətli dərəcədə artırıblar ki, bu da son həftələrdə Brent qiymətlərinin azalmasına səbəb olub. Bununla belə, saziş ölkələrinin hasilat potensialları məhduddur və məlum hesablamalardan az ola bilər. Birləşmiş Krallığın "Vortexa" konsaltinq şirkəti öz hesabatında yazır ki, tələbin davamlı artması ilə OPEC+un sərbəst istehsal gücü gələn il ərzində tükənə bilər.
Marja.az xəbər verir ki, OPEC+ sazişi ölkələri bu ilin may ayından neft hasilatına qoyulan məhdudiyyətləri zəiflədirlər, lakin onların heç də hamısı hasilatı və ixracı həqiqətən artıra bilməyiblər, bu da son aylarda neftin qiymətinin artmasına təkan verib. Yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri xaricə neft tədarükündə nəzərəçarpacaq artım təmin edə biliblər ki, onların ümumi ixracı hazırda 2021-ci ilin birinci yarısında orta göstəricidən 2 milyon barel çoxdur.
“Lakin onların əlavə təklifi digər ixracatçılardan, o cümlədən Rusiyadan artımın olmaması səbəbindən "yeyilib”, - hesabatda deyilir.
"Vortexa" hesab edir ki, alyansın digər ölkələri durğunluq və hətta hasilatda azalma nümayiş etdiriblər.
ABŞ Energetika Departamentinin məlumatına görə, oktyabrda sərbəst qlobal istehsal gücü sutkada 6,2 milyon barel, Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin məlumatına görə isə cəmi 3-4 milyon barel/gün təşkil edir.
"Vortexa" bu təxminlərlə razılaşmır və bu gün dünyada 3 milyon barreldən çox real ehtiyat istehsal gücü olmadığını hesab edir:
"Bunun 2 milyon bareli Səudiyyə Ərəbistanının, digər 1 milyon bareli isə Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin payına düşür. Əgər həqiqətən tələbat 2019-cu ilin böhrandan əvvəlki səviyyəyə çatarsa və bir çox ölkələrdə istehsal müəyyən sürətlə azalmağa davam edərsə, o zaman sərbəst istehsal gücü formasındakı təhlükəsizlik yastığı növbəti 12 ay ərzində bitə bilər”, - Vortexa müəllifləri yekunlaşdırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 2 saat əvvəl
-
3 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq




















