ABŞ birjaları da geriləyib
ABŞ-ın əsas fond indekslərindən biri olan Dow Jones, yeni Omikron koronavirus ştamının yayılması ilə bağlı xəbərlər fonunda cümə günündə 2,5% azalaraq 34899,34-ə düşüb.
Marja xəbər verir ki, bunu Nyu-York Fond Birjasının məlumatları göstərir.
Bu, 2020-ci ilin oktyabrından bəri bir ticarət günündə indeksdə ən böyük faiz azalmasıdır. Digər əsas ABŞ indeksləri də əhəmiyyətli dərəcədə azalıb. S&P 500 2,3% azalaraq 4 594,62 bənd, Nasdaq 2,2% azalaraq 15 491,66 bənd olub.
Hər üç indeks üçün bu, bütün ticarət tarixində "Qara Cümə" günündə ən əhəmiyyətli enişdir - adətən bu gün istehlakın kəskin sıçrayışı birjalara müsbət təsir göstərir.
Omikron (B.1.1.529) ştammı ilə yoluxmuş ilk şəxs bu yaxınlarda Botsvanada müəyyən edilib. Bu günə qədər koronavirusun yeni variantına ən çox yoluxmuş insan Cənubi Afrikadadır. Botsvanada daha dörd, Honq-Konq, Belçika və İsraildə bir nəfər olmaqla daha dörd B.1.1.529-a yoluxma hadisəsi qeydə alınıb.
Verilən məlumata görə, yeni koronavirus ştammı 50 dəfə mutasiyaya məruz qalıb, yüksək aktivliyə malikdir və insan orqanizminə daha tez nüfuz edə bilir. Ehtimal ki, o, peyvəndlərin tam kursunu almış insanları da yoluxdura bilir. Omikron ştammı üzrə tədqiqat hələ ilkin mərhələdədir. Lakin onun 50 mutasiyaya malik olduğu artıq müəyyən edilmişdir.
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni ştamını "Omicron" adlandırıb.
Qeyd edək ki, London Fond Birjası indeksi yeni koronavirus ştamının əvvəllər məlum olan variantlardan daha yoluxucu ola biləcəyi qorxusu fonunda cümə günü ticarətin bağlanışında 3,64% düşüb.
100 ən böyük şirkətin səhmlərinə əsaslanan FTSE 100 indeksi 266 bənd geriləyərək 7044 bənd olub və beləliklə, oktyabrın 6-dan bəri ən aşağı səviyyəyə çatıb. Daha geniş FTSE 250 indeksi 3,19% azalaraq 22 537 bənd olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 2 saat əvvəl
-
3 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















