"Ərzaq qiymətlərinin daha da artması riskləri var"
Ərzaq məhsullarının qiymətlərinin daha da artması riskləri var, ona görə də inflyasiya probleminin həllində fəal hərəkət etmək lazımdır.
Marja.az xəbər verir ki, bunu “VTB Capital”ın “Rusiya çağırır!” adlı investisiya forumunun plenar iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.
“Biz qlobal enerji bazarında hansı böhranın başladığını görürük. Əvvəla, azot gübrələrinin qiymətləri dəfələrlə artıb. Bütün dünyada kənd təsərrüfatı istehsalçıları üçün bu, torpağın münbitliyini və sabit məhsuldarlığını qorumaq üçün əsas resurslardan biridir. Aydındır ki, bu vəziyyət ərzaq qiymətlərinin daha da artması üçün risklər yaradır”, - Putin bildirib.
Prezident qeyd edib ki, son bir ayda dünya bazarlarında buğdanın qiyməti kəskin artıb və ekspertlərin fikrincə, belə dinamika davam edə bilər.
Putin Rusiya vətəndaşlarının da qlobal inflyasiya təzyiqləri yaşadığına diqqət çəkib: “Bir çox cəhətdən xarici amillərin təsiri altında ölkəmizdə istehlak qiymətlərinin artımı sürətlənib. Bu, vətəndaşlar, xüsusən də aztəminatlı ailələr üçün həssas olan ciddi problemdir. Və onun həlli maksimum diqqət tələb edir. Təkcə inflyasiyanın nəticələrinin öhdəsindən gəlmək deyil, həm də proaktiv hərəkət etmək, qiymət artımına təkan verən amilləri aradan qaldırmaq vacibdir”.
O xatırladıb ki, hakimiyyət artıq kəskin qiymət dəyişikliyinə ən çox həssas olan mal istehsalçılarına ünvanlı dəstək göstərir.
“Əvvəla, bunlar qida məhsullarıdır. Və burada mən bir daha Rusiya hökumətinin və regionlardakı həmkarlarının diqqətinə çatdırıram - istehsalın həcminin artması və daxili bazarda ərzağın əlçatanlığının artması bu sahədə işin effektivliyi üçün əsas meyardır”, - Putin bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















