Ukrayna Milli Bankı faizini artırdı
Ukrayna Milli Bank uçot dərəcəsini illik 8,5%-dən 9%-ə qaldırmaq qərarına gəlib.
Marja.az xəbər verir ki, bu barədə cümə axşamı keçirdiyi brifinqdə maliyyə tənzimləyicisi rəhbərinin müavini Sergey Nikolayçuk bildirib.
“Ukrayna Milli Bankının İdarə Heyəti uçot dərəcəsinin illik 8,5%-dən 9%-ə qaldırılması barədə qərar qəbul edib",- o deyib.
Nikolayçuk izah edib ki, bu qərar əlavə inflyasiya risklərinin təsirini bərabərləşdirmək, inflyasiya gözləntilərini yaxşılaşdırmaq və inflyasiyanın 5%-ə qədər davamlı enişini təmin etmək məqsədi daşıyır.
O, ölkədə inflyasiya artımının pik nöqtəsinin keçdiyini, lakin inflyasiyanın əvvəllər gözlənildiyindən daha yavaş azaldığını vurğulayıb.
Milli Bankın nümayəndəsinin sözlərinə görə, oktyabrda istehlak qiymətlərində artım illik ifadədə 10,9% təşkil edib.
O, investisiya qərarlarının təxirə salınmasına təsir göstərə bilən inflyasiya gözləntilərinin pisləşməsinə səbəb olan amil kimi “hərbi münaqişənin eskalasiyası ilə bağlı əhəmiyyətli qeyri-müəyyənliyi” göstərib və bu, iqtisadi canlanmanı məhdudlaşdırır.
Nikolayçuk əlavə edib ki, qazın yüksək qiymətinin əvvəllər nəzərdə tutulduğundan daha uzun müddət davam etməsi geosiyasi riskdir.
“Dünyada ərzağın qiymətinin daha da artması riski aktual olaraq qalır”, - o əlavə edib.
Bu il martın 5-də Ukrayna Milli Bankı 2019-cu ilin aprelindən bəri ilk dəfə uçot dərəcəsini illik 6%-dən 6,5%-ə qaldırıb. Sonra tənzimləyici aprelin 16-da onu 7,5%-ə, iyulun 23-də 8%-ə, sentyabrın 10-da 8,5%-ə çatdırıb.
Uçot dərəcəsi pul alətlərindən biridir ki, onun köməyi ilə Milli Bank cəlb edilmiş və yerləşdirilən vəsaitlərin dəyəri baxımından banklar və pul bazarının digər subyektləri üçün etalon müəyyən edir. Uçot dərəcəsinin azalması, adətən bank kreditlərinin faizinin azalmasına səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq























