"2022-ci ildə neftin qiymətinin 60-80 dollar olacağını gözləyirəm"
Neft bazarı, hasilatı birgə tənzimləyən OPEC+ ölkələri arasında əldə olunan razılaşma sayəsində gələn il yüksək volatillikdən qorunacaq.
Marja.az xəbər verir ki, bunu “Lukoyl”un vitse-prezidenti Leonid Fedun “2050-ci ilə qədər dünya energetikasının inkişaf perspektivləri” adlı hesabatın təqdimatında deyib.
“Bu gün OPEC+ tarazlığı təmin edən alətdir”, - o deyib.
"Bununla belə, dünya ehtiyat qıtlığı təhlükəsi ilə üz-üzədir", - Fedun əlavə edib.
“Beş ildən sonra, bir sıra şirkətlərin səhmdarlarının təzyiqi altında kəşfiyyatı dayandırması səbəbindən ilk dəfə olaraq ehtiyatların bərpasının baş verməyəcəyini görəcəyik”, - deyə o bildirib. Eyni zamanda, Fedun xatırladıb ki, bu gün dünyada təxminən 5-7 milyon barel ehtiyatı dondurulub, ilk növbədə sanksiyalar altında olan İran ehtiyatları.
“Ona görə də, OPEC+ olmasaydı, qaz nümunəsində gördüyümüz kimi, dünya həddindən artıq qeyri-sabitlik vəziyyətində olardı. Ona görə də neftin qiymətinin həm istehlakçılar, həm də istehsalçılar üçün rahat olan diapazonda olacağını gözləyirəm. Bu, təxminən 60-80 dollar/barelə bərabərdir. Qısamüddətli sıçrayışlar mümkündür, lakin ümumilikdə bu göstərici gələn ildə də qorunub saxlanılacaq”, - deyə o, yekunlaşdırıb.
Həmçinin Fedun bildirib ki, “Lukoyl” dünya bazarında 2% karbohidrogen istehsalçısı mövqeyini qoruyub saxlamağı və onların hasilatını ildə 1,4-1,5% artırmağı planlaşdırır.
“Lukoyl bu gün dünya karbohidrogenlərinin təxminən 2%-ni istehsal edir. Və biz bu mövqeni qoruyub saxlamaq niyyətindəyik. Strategiyamızda növbəti 10 il ərzində hasilatı ildə təxminən 1,4-1,5% artırmağı nəzərdə tuturuq”, - deyə o bildirib.
Eyni zamanda, Fedun qeyd edib ki, neft və qaz sənayesinə bu gün əlavə sərmayə qoyulmur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq























