Neft daha da bahalaşdı
Dünyada neft istehlakının artması ilə qiymətlər yüksəlir.
Marja xəbər verir ki, Brent neftinin qiyməti 88 dolları da keçib. Bu gecə neftin qiyməti 87 dolları keçmişdi.
Bakı vaxtı ilə saat 12:00-da Brent nefti 1,8% bahalaşma ilə 88,09 dollardan, ABŞ xam nefti (WTI) isə 1,9% bahalaşma ilə 85,66 dollardan ticarət olunub.
Qeyd edək ki, sonuncu dəfə Brent 2014-cü ilin oktyabrında bir barel üçün 88 dollara çatmışdı.
Ekspertlərin neftlə bağlı ötən ildən artan artım gözləntisi davam edir. Omikronun yoluxma sürətinə baxmayaraq, neft son 4 həftəni istehlakın güclü qalması ilə müsbətdə bağlayıb. Digər tərəfdən, dünyanın ən böyük istehsalçı ölkələrinin hasilatı artırmaqda çətinlikləri də qiymətlərin yüksəlməsinə səbəb olur.
Bu il 13% bahalaşaraq 88 dolları keçən Brent nefti, keçən ildən bu yana ümumi artımını 51 faizə yüksəldib.
Dünyanın ən böyük müstəqil neft ticarəti şirkəti "Vitol Group" hesab edir ki, 2022-ci ildə artıq 12 faiz artmış neft qiymətləri kifayət qədər təchizat (təklif) olmadığı üçün daha da yüksələ bilər.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 6 d. sonra
-
- 6 d. əvvəl
- 25 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Yen müdaxilənin təsiri zəiflədikcə son üç ayın ən kəskin həftəlik ucuzlaşmasına doğru gedir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Aqrar sığortada yarım milyard manata yaxın təminat
“Turkchem Azerbaijan 2027” sərgisi keçiriləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























