Azərbaycanda ISO 41001:2018 sertifikatına layiq görülən ilk şirkət
(®) “Facility Management Group” şirkəti Daşınmaz Əmlakların İdarəetmə Sistemi sahəsində ISO 41001:2018 Standartı üzrə sertifikat ilə təltif olunub. 21 dekabr 2021-ci il tarixində təqdim edilən sertifikat şirkətdə Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) tələblərinə cavab verən idarəetmə sisteminin yaradılıb, tətbiq edildiyinin əyani sübutudur.
Vurğulamaq istərdik ki, “Facility Management Group” Azərbaycanda ISO 41001:2018 sertifikatına layiq görülən ilk və yeganə şirkətdir. MDB-də cəmi 7 şirkət bu sertifikata sahib olsa da, onların heç biri daşınmaz əmlak sahəsində fəaliyyət göstərmir.
Facility Management (FM) sistemi cəmiyyət, icma və təşkilatların iqtisadi səmərəlik və məhsuldarlığına, eləcə də insanların süni mühitlə qarşılıqlı əlaqəsinə təsir edən bir neçə istiqaməti özündə birləşdirir. Sözügedən idarəetmə sistemi təqdim etdiyi mexanizm və xidmətlər vasitəsilə əhali və cəmiyyətin sağlamlığı, rifahı və həyat keyfiyyətinə bilavasitə təsir göstərir.
Qlobal rəqabət mühitində istər dövlət idarəetmə orqanları, istərsə də müxtəlif biznes yönümlü şirkət, FM xidməti təminatçıları və digər maraqlı tərəflər üçün ümumi prinsip, anlayış və terminlərdən istifadə edərək məhsuldar əməkdaşlıq və ünsiyyətin qurulması əhəmiyyətli dərəcədə zəruridir.
ISO 41001:2018 standartının üstünlüklərinə aşağıdakılar daxildir:
- əməyin məhsuldarlıq və təhlükəsizliyi, eləcə də sağlamlıq və rifahın yaxşılaşdırılması;
- ictimaiyyət və özəl sektor təşkilatları arasında tələb və metodologiyalar haqqında məlumat mübadiləsinin təkmilləşdirilməsi;
- səmərəlilik və effektivliyin artması sayəsində təşkilatın gəlirliliyinin artırılması;
- xidmət göstərilməsi prosesində əlaqələndirmənin təkmilləşdirilməsi;
- bütün növ təşkilatlar üçün ümumi platformanın təmin edilməsi.
Qeyd edək ki, “Facility Management Group” ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Şirkət binaların idarəedilməsi, icarəsi, satışı, bazar analizi, binaların biznes təyinatı üzrə ixtisaslaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
29 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
38 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























