Bayden Səudiyyə Ərəbistanı kralı ilə dünyada enerji təchizatının sabitliyini müzakirə edib
ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud ilə telefon danışığında İranın nüvə proqramı ətrafında vəziyyəti müzakirə edib, həmçinin hər iki ölkənin qlobal enerji təchizatının sabitliyini təmin etmək öhdəliyini təsdiqləyib.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Amerika prezidenti və Səudiyyə Ərəbistanı kralı “regionda hadisələrin inkişafı və hər iki tərəfi narahat edən məsələləri” müzakirə ediblər.
Bayden xüsusilə "İranın nüvə proqramına məhdudiyyətlərin bərpası üçün davam edən çoxtərəfli danışıqlardan" danışıb. “Prezident İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etmək öhdəliyini qeyd edib”, mətndə deyilir.
Liderlər Yəməndəki vəziyyəti də müzakirə ediblər. Xüsusilə, Bayden “Ənsar Allah” (husilər) üsyançı hərəkatının tərəfdarlarının hücumlarından “Səudiyyə Ərəbistanının xalqını və ərazisini qorumaq üçün ABŞ-a dəstək vermək öhdəliyini” bəyan edib.
Prezident və Kral “Yaxın Şərq regionu və Avropa ilə bağlı məsələləri də müzakirə ediblər və onların köməkçilərinin qarşıdakı həftələr və aylar ərzində sıx koordinasiyada qalması barədə razılığa gəliblər. Hər iki lider daha sonra ABŞ və Səudiyyə Ərəbistanının qlobal enerji təchizatının sabitliyini təmin etmək öhdəliyini vurğulayıblar", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 saat əvvəl
-
1 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq























