TotalEnergies rekord mənfəət əldə etdikdən sonra 2 milyard dollarlıq səhmlərini geri alacaq
Fransanın enerji qrupu TotalEnergies, artan neft və qaz qiymətləri ilə 2008-ci ildən bəri rekord xalis mənfəət əldə etdikdən sonra 2022-ci ildə 2 milyard dollarlıq səhmlərin geri alınması kampaniyasına başlayacaq.
Marja xəbər verir ki, bu barədə cümə axşamı onun bəyanatına istinadən Financial Times qəzeti yazıb.
TotalEnergies-in hesabatına görə, 2021-ci ildə xalis mənfəəti 2020-ci ildəki 7 milyard 240 milyon dollar zərərə qarşı 16 milyard 32 milyon dollara çatıb. Bu nailiyyətə ən böyük töhfəni dördüncü rüb verib: onun xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 dəfə artaraq 5 milyard 840 milyon dollar olub. Nəticələr, Avropa təbii qaz qiymətlərinin oktyabr və dekabr aylarında rekord həddə çatdığı üçün onun mayeləşdirilmiş təbii qaz (LNG) ticarət bölməsi üçün xüsusilə güclü qazanc əldə etməsinə səbəb olub.
TotalEnergies-in baş direktoru Patrick Pouyanne bildirib ki, qrup 2022-ci ilin ikinci yarısında səhmlərin daha çox geri alınmasını nəzərdən keçirəcək. O, həmçinin 2022-ci il üçün ümumi investisiya büdcəsini 14 milyard dollardan 15 milyard dollara qədər artırıb. 2021-ci ildə xalis investisiya 13,3 milyard dollar təşkil edib.
Britaniya nəşri vurğulayır ki, TotalEnergies emissiyaları azaltmaq və gələcəyin enerjisinə "yol çəkmək" məqsədilə bərpa olunan enerji mənbələrinə investisiyaları artırır, lakin bəzi rəqiblərdən fərqli olaraq, yeni neft layihələrinə investisiya qoymağa da davam edir. Şirkət bu ay Çin Milli Neft və Qaz Dəniz Korporasiyası (CNOOC) ilə birlikdə Uqandada 10 milyard dollarlıq neft layihəsi üçün investisiya sazişinin imzalandığını elan edib.
Müqavilə Uqandadakı Albert gölü yaxınlığında TotalEnergies və CNOOC şirkətlərinə məxsus inkişaf layihəsini əhatə edir. Neft hasilatı 2025-ci ildə başlayacaq, ümumi səviyyə gündəlik 230 min barel olacaq. Uqanda və Tanzaniyada Şərqi Afrika neft kəmərinin çəkilməsi də planlaşdırılır. Yataqlardan neftin nəqli boru kəməri ilə Tanzaniyanın Tanqa limanına nəql ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 saat əvvəl
-
1 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















