"Rusiyadan neft ixracına qarşı sanksiyalar böhrana səbəb ola bilər"
Rusiya neftinin tədarükündə müvəqqəti fasilələr, Ukrayna üzərində münaqişənin daha da gərginləşəcəyi təqdirdə Qara dənizdə tankerlərin hərəkətinin və “Drujba” neft kəmərinin axınının əngəllənməsi səbəbindən baş verə bilər. Eyni zamanda, Rusiyadan neft ixracına qarşı sanksiyalar qlobal neft bazarında tam böhrana səbəb ola bilər.
Marja xəbər verir ki, bu fikri Norveçin "Rystad Energy" konsaltinq şirkətinin analitiki Viktor Kurilov deyib.
"Münaqişə “qaynar fazaya” keçərsə, Ukrayna ərazisindən keçən “Drujba” neft kəməri ilə Qara dənizdə tankerlərin hərəkəti və ixrac axını əngəllənə bilər”, - deyə o bildirib.
Kurilovun fikrincə, bununla belə, bu hərəkətlər neftin qiymətinin artmasına səbəb ola bilər, lakin təbii ki, neft bazarında çöküş olmayacaq, çünki Ukraynada mümkün hərbi əməliyyatların uzun sürməsi ehtimalı azdır. “Bundan əlavə, neft ixracatının başqa marşrutlara yönəldilməsi imkanları var”, - ekspert əlavə edib.
Eyni zamanda, Kurilov deyib ki, neft bazarındakı qıtlığı nəzərə alsaq, Rusiya neftinin ixracına qarşı sanksiyalar tətbiq etmək çətindir. Onun fikrincə, sanksiyalar tam neft böhranına səbəb ola bilərlər. Ekspert qeyd edib ki, neft bazarının inkişafı üçün Rusiyadan tədarükün kəsilməsini nəzərdə tutmayan baza ssenarisində yayda gündə 1,5-2 milyon barel neftin böyük kəsiri gözlənilir.
“İstehsalın sürətlə artırılması üçün imkanlar azdır. ABŞ-ın şist sənayesi istehsalın artımını yalnız ilin sonuna kimi sürətləndirə biləcək. İran tədarüklərinin geri qaytarılmasına cavab olaraq, Səudiyyə Ərəbistanı və BƏƏ çox güman ki, hasilat artımlarını dayandıracaq. Bu şəraitdə hətta Rusiya və Ukrayna arasında “kəskin” münaqişə neftin qiymətini yüksək saxlayacaq”, - deyə o, izah edib.
Kurilov diqqət çəkib ki, ümumilikdə Ukrayna ətrafında vəziyyətin gərginləşməsi 2014-cü ildən bəri ilk dəfə Brent markalı neftin fyuçerslərinin qiymətinin bir barel üçün 100 dollara yaxınlaşmasına səbəb olub. Kurilov qeyd edib ki, neftin qiymətlərinə geosiyasi münaqişələrin töhfəsi hazırda aşağı ehtiyatlar və bazarda davam edən qıtlıq səbəbindən yüksəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 55 d. əvvəl
-
57 d. əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 saat əvvəl
-
1 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















