Rusiya Moskva birjasında ticarəti açmaqdan qorxur
Birjanın açılışı Moskva vaxtı ilə səhər saat 10-a təxirə salınıb. Sadə dillə desək: rublun qaçılmaz ucuzlaşmasını bir neçə saat gecikdirməyə çalışırlar.Moskva birjası yeni sanksiyalar fonunda valyuta bazarında ticarəti təxirə saldı. Fevralın 28-də valyuta bazarlarında hərraclar saat 10:00-da açılacaq.
Moskva Birjası Mərkəzi Bankın qərarına əsasən fevralın 28-də valyuta bazarlarında ticarətə Moskva vaxtı ilə saat 10:00-da başlayacaq.
Marja xəbər verir ki, bu barədə Birjadan bildirilib.
Ticarət meydançası qeyd edib ki, valyuta bazarında valyuta repo əməliyyatları üzrə ticarət və hesablaşmalar aparılmayacaq.
Birja səhm və törəmə alətlər bazarlarında nə vaxt ticarətin başlayacağını daha sonra elan edəcəyinə söz verib.
Moskva Birjası ötən həftə xəbərdarlıq etmişdi ki, bazar ertəsi fond və fyuçers bazarlarında səhər ticarət sessiyası olmayacaq. Adətən birjada ticarət səhər saat 7:00-da başlayır (səhər sessiyası).
Fevralın 28-də Sankt-Peterburq Birjasında da ticarət dayandırılıb.
Fevralın 28-nə keçən gecə Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatla bağlı Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Belə ki, Avropa İttifaqı Rusiya Mərkəzi Bankının ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı əməliyyatları qadağan edib. Məhdudiyyətlər tənzimləyicinin adından və ya onun göstərişi ilə fəaliyyət göstərən istənilən hüquqi şəxslərə də şamil edilir.
Bundan əvvəl Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin görüşü keçirilib və onun ardınca Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Qərb ölkələri Rusiya Mərkəzi Bankının “maliyyə ehtiyatlarının” təxminən yarısını bloklayacaq. Bundan əlavə, xarici işlər nazirləri bəzi Rusiya banklarının SWIFT-dən ayrılması barədə razılığa gəliblər.
Fevralın 28-dən Mərkəzi Bank Rusiya brokerlərinə xarici müştərilərin adından qiymətli kağızların satışını müvəqqəti olaraq qadağan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 5 gün sonra
- 47 d. əvvəl
-
49 d. əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 52 d. əvvəl
-
57 d. əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 saat əvvəl
-
1 saat əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq




















