"PMD Projects" şirkəti "Keyfiyyətə nəzarət üzrə mühəndis" vakansiyasını elan edir
PMD Projects MMC "Keyfiyyətə nəzarət üzrə mühəndis" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu təmin etmək;
- Tikinti sahələrində yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək;
- İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək;
- Sahədə istifadə olunan materialların giriş nəzarətini həyata keçirmək;
- Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğunu təsdiq etmək;
- İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi;
- İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq;
- Tikinti sahələrində işlərinin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək;
- Açılmış uyğunsuzluq hesabatlarda düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək;
- İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq və uyğunsuzluq hesabatları açmaq;
- 3-cü tərəfin apardığı yoxlama və sınaqlarda iştirak etmək;
- Düzəliş fəaliyyətlərinə nəzarət etmək;
- Vaxtaşırı ərazidə istehsal prosesinə nəzarət etmək;
- Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək;
- Uyğunsuzluq hesabatlarının statusu haqqında məsul şəxsi məlumatlandırmaq;
- Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi;
- Gələn Yoxlama Bildirişləri üzrə yoxlama fəaliyyətini həyata keçirmək;
- Sahəyə daxil olan materialın təsdiqlənmiş material ilə eyniliyini izləmək;
- Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq.
Tələblər:
- Ali təhsil: İnşaat mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi
- İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili– yaxşı, Rus dili - arzuolunandır
- Kompüter bacarıqları: MS Office
Maraqlanan şəxslərdən CV - lərini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















