Veysəloğlu Şirkətlər Qrupuna aid müasir logistika mərkəzindən 200 yeni iş elanı
İşə qəbul olunanlar fəhlə və yük avtomobili sürücüsü kimi işləyəcəklər.(®) Veysəloğlu Şirkətlər Qrupu insan kapitalının inkişafına dəstəyini davam etdirir. Şirkətlər Qrupunda tədarük zəncirinin idarə olunması ilə bağlı fəaliyyət genişləndikcə yeni kadrlara da ehtiyac yaranır.
Cənubi Qafqazın ən böyük logistik mərkəzlərindən biri olan bu iş yeri Abşeron rayonunun Məmmədli qəsəbəsindədir.
Fəhlə və yük avtomobili sürücüsü kimi işləyəcək şəxslərin başlanğıc əməkhaqqısı 500 AZN (və bonus) olacaq. Yeni iş yerlərinə müraciət edəcək insanlara şirkətdəki “Fəhlədən Mütəxəssisə” proqramı sayəsində karyera inkişafı ilə bağlı imkan yaradılacaqdır.
Nahar və nəqliyyat xidməti ilə təminat, öyrənməyə əlverişli mühit bu mərkəzin əməkdaşı olmağın əsas üstünlükləri sırasındadır.
İşə qəbulla bağlı maraqlananlar 055 400 85 83 və 055 253 18 06 nömrələrinə zəng edə və ya vatsap vasitəsilə əlaqə saxlaya bilərlər.
Veysəloğlu Şirkətlər Qrupuna aid müasir logistika mərkəzinin rəhbəri Co Daybel: “Şirkətlər Qrupu olaraq, çalışırıq ki, hər il 2000-nə yaxın yeni iş yeri yaradaq. Qeyd edim ki, hazırda rəhbər vəzifələrdə çalışan insanların əksəriyyəti sahədə sifariş toplayan, fəhlə olaraq işə başlamış və hazırda menecer kimi fəaliyyət göstərən əməkdaşlardır. Yəni biz insanları yalnız işlə təmin etmirik, həm də onların karyera qurmasına şərait yaradırıq”.
“Fəhlədən Mütəxəssisə” proqramı sayəsində mərkəzin sıravi heyətinin bacarıq və təcrübəsi artırılır və menecer vəzifələrinə yüksəldilir. Beləliklə, fəhlə kimi işə başlayan insanların peşəkar inkişafları təmin edilir.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Ölkənin ərzaq təhlükəsizliyi kimi strateji sahədə özünəməxsus rolu olan Şirkətlər Qrupu hazırda 19,000-dən çox insanın iş yeridir. Qrupun məqsədi əməkdaşları ədalətli, hər kəsə bərabər imkanların yaradıldığı və peşəkar inkişafı dəstəkləyən iş mühiti ilə təmin etməkdir. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
23 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
32 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























