Marcom şirkəti 2023-cü il üçün planlarını açıqladı
Orta Asiya ölkələrinin birində Marcom şirkətinin nümayəndəliyi açıla bilər.Yerli bazar iştirakçıları üçün hər il yeni xidmətlər generasiya edən Marcom Marketinq və Kommunikasiyalar şirkəti 2023-cü il üçün planlarını açıqlayıb.
İcraçı direktor Ceyhun Fərzəliyev əvvəlcədən hazırlanmış krizis kommunikasiya planı sayəsində şirkətin 2022-ci ili uğurla başa vurduğunu açıqlayıb.
“Biz hər il B planı haqqında düşünürük. Növbəti addımlarımızı müəyyən etmək üçün davamlı olaraq maliyyə və qiymətli kağızlar bazarında olan tərəfdaş şirkət, eləcə də bu sahə üzrə ixtisaslaşmış dostlarımızdan bazarla bağlı məsləhətlər alırıq. Əldə etdiyimiz məlumatlar bizə yerli bazarda hansı xidmətlər və şirkətlər üzrə bazar payımızı artırmalı olduğumuzu, o cümlədən yerli bazarın ehtiyaclarına uyğun xidmətlər formalaşdırmağımıza dəstək olur. Bu strateji gedişlər şirkət olaraq bizə həm portfolioda yerləşdirdiyimiz hər kəsə açıq layihələri, həm də məxfilik müqaviləsi əsasında icra etdiyimiz layihələri qazandırır.”
Şirkətin İcraçı direktoru qeyd edib ki, Şirkət bu il yenilənmiş və daha geniş saytını istifadəyə verəcək:
“Pandemiya ərzində və pandemiyadan sonra bazarın tələbləri ciddi formada dəyişdi. Yeni vərdişlər və yanaşmalar formalaşdı. Biz də bunları analiz edərək saytımızda olan kontenti, vizual təqdimatları və arxasında duran texnologiyanı yenilədik. Hal-hazırda sayt doldurulma mərhələsindədir. Bir çox bölmələri və yenilənmiş portfolionu yanvar-fevral aylarında istifadəçilərin ixtiyarına verməyi planlaşdırırıq.”
Ceyhun Fərzəliyev, "Rusiya və Ukrayna arasındakı hərbi vəziyyət Orta Asiya bazarı üzrə müştərilərimizi artırıb" deyərək sözlərinə davam edib:
“Bu il ərzində də həmin ölkələr üzrə icra etdiyimiz layihələrin sayında artım müşahidə olunarsa, çox böyük ehtimal ilə həmin ölkələrin birində Marcom şirkətinin nümayəndəliyini açmaq haqqında düşünəcəyik.”
Ceyhun Fərzəliyev əlavə edib ki, yerli sahibkarların əziyyət çəkdikləri nöqtələri analiz edilib və ona uyğun xidmətlər təklif olunacaq:
“Biz bu ildə ənənəmizə sadiq qalaraq bazara yeni xidmətlər təqdim etmək üzərində çalışmağa davam edəcəyik. CRM platformamızdakı qeydləri analiz etmək bizə yerli sahibkarların üzləşdiyi çətinlikləri görməyə imkan verir. Bu çətinliklər əslində bizim üçün yeni xidmətlərin əmələ gəlməsi, cari xidmətlərin təkmilləşdirilməsi deməkdir. Bu il yerli bazar iştirakçılarına 3 xidmət növü təklif etməyi planlaşdırırıq. Hal-hazırda həmin xidmətlərin işləmə prinsipləri və ölçmə mexanizmi üzərində çalışırıq.”
Şirkətin direktoru vurğulayıb ki, bir çox müştəri ilə xidməti müqaviləsinin dayandırılması qərara alınıb:
“Bu il Marcom şirkəti olaraq öz daxili strukturunda boşluq olan, işlərin operativ görülməsi üçün insan resursu ayırmaqda çətinlik çəkən, o cümlədən göndərilən sorğulara gec geri dönüş edən müştərilərə xidmət göstərməyi dayandırmağı qərara almışıq. Biz CRM platformamızda əvvəl işlədiyimiz şirkətlərin cari vəziyyətinə baxanda həmin şirkətlərin yetərincə inkişaf etmədiyinin dəfələrlə şahidi olmuşuq. Marcom şirkəti olaraq transfer etdiyimiz və yetişdirdiyimiz kadrları daha gəlirli və inkişafa olan markaların işlərinə cəlb etməliyik.”
Rəqəmsal alətlərin alışına sərf edilən büdcəni bu il daha da artırmaq planlaşdırılır:
“Rəqəmsal alətlərin alışı üçün ayırdığımız büdcəni artırmaqla müştərilərə daha yaxşı nəticə vermək imkanımızı artırmış oluruq. Google SEO Optimizasiya, sosial media və google üzrə digər alətlər keyfiyyətli xidmətə aparan əsas açar nöqtələrdən biridir. Hal-hazırda müştərilərimizin büdcələrini effektiv idarə etdiyimiz üçün xarici platformalar üzrə reytinqimiz yüksəkdir. Bu da bizə yarana biləcək hər hansı bir texniki xətanı bizə ayrılmış fərdi köməkçilər vasitəsilə daha sürətlə həll etməyə imkan verir.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 22 saat sonra
-
- 9 d. əvvəl
- 25 d. əvvəl
-
29 d. əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
50 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
2 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Avqustun 14-də gözlənilən hava şəraiti
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı



























