“Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi “Şuşa ili” çərçivəsində layihənin icrasını tamamlamışdır
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və prespektivləri” adlı layihənin icrasını tamamlamışdır.
Layihə rəhbəri iqtisadiyyat üzə fəlsəfə doktoru, dosent Aytən Səmədzadə, layihə ekspertləri- Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, prof. Rəsul Balayev, dosent İlham Əhmədov olmuşlar.
Ötən müddət ərzində layihənin icra planına əsasən Şuşanın iqtisadi, sosial, demoqrafik göstəriciləri haqqında xeyli arxiv materialı araşdırılmış, istiqamətlər üzrə sistemləşdirilmiş, elmi və statistik mənbələr araşdırılmışdır.
Layihə çərçivəsində həmçinin, Şuşa rayonunun kənd təsərrüfatı istehsalının dinamikası, şəhər əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi, ekoloji təmiz məhsul istehsalının təşkili, energetika, rabitə, İKT, ağıllı texnologiyaların tətbiqi perspektivləri araşdırılmışdır. Araşdırmaların nəticəsi "Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisdi inkişafı: dünən, bu gün və perspektivlər” adlı xüsusi kitab halında nəşr edilmişdir. Kitabda tədqiqat materialları ilə yanaşı Şuşanın dünənini, bu gününü əks etdirən xeyli fotoşəkillər də verilmişdir.
Kitabda həmçinin Şuşanın gələcək inkişafı barədə təklif və tövsiyələr də verilmişdir. Şuşanın kurort imkanlarının araşdırılması, beynəlxalq miqyaslı müalicə ocaqlarının yaradılması ilə də bağlı təkliflər kitabda verilmişdir.
Layihənin yekun mərhələsində Şuşa 1 saylı məktəbdə "Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisdi inkişafı: dünən, bu gün və perspektivlər” adlı kitab ictimaiyyətə təqdim edilmişdir. Tədbirdə Şuşa rayon icra hakimiyyətinin baçşısı Bayram Səfərov, icra başçısının müavini Vüsalə Fətəliyeva, Milli Məclisin üzvləri iqtisad elmləri doktoru professor Eldar Quliyev, Arzu Nağıyev, Novruz Aslan, Aydın Hüseynov və tarix elmləri doktoru, professor İradə Hüseynova, Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov, professor Cəmilə Namazova, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrayıl İsgəndərov, Şuşa rayonunun ziyalıları, alimlər və mətbuat nümayəndələri iştirak etmişlər.
Layihənin gedişatı mütəmadi olaraq “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyinin orqanı olan “İqtisadiyyat” qəzetində və digər KİV-də, agentliyin Feysbuk səhifəsində, saytlarda mütəmadi olaraq dərc edilmişdir.
Yeganə Məmmədova
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























