DSMF bu il 600 milyon manat investisiya yatırıb
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsini müsbət addım kimi qiymətləndirməklə Hesablama Palatası sığortaolunanların daha effektiv sosial müdafiəsi üçün likvidliyin qorunması prinsipindən irəli gələrək investisiya gəlirlərindən istifadəni tənzimləyən qanunvericilik aktlarında həmin gəlirlərinin müəyyən hissəsinin sığorta ehtiyatına daxil edilməsi məsələsinin təsbit olunmasını vacib hesab edir.
Marja.az xəbər verir ki. bu, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Qeyd edilib ki, “Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”na əsasən cari ilin birinci yarısından etibarən Fond tərəfindən sərbəst vəsaitlərin müəyyən hissəsinin investisiya edilməsinə başlanılmışdır. Belə ki, təqdim edilmiş məlumatlara əsasən cari ilin əvvəlinə formalaşmış sərbəst vəsaitin 600 mln. manatının (57,3%) investisiya edilməsi barədə qərar qəbul edilmiş və bu vəsaitin 30 mln. manatı (5%) banklarda açılmış depozit hesablara, 402,7 mln. manatı (67,2%) dövlət zəmanətli istiqrazlara və 167,0 mln. manatı (27,8%) isə müvafiq qiymətli kağızlar üzrə əks-repo əməliyyatlarına yönəldilməklə ümumilikdə 599,7 mln. manat məbləğində vəsait maliyyə alətləri üzrə investisiya qoyuluşu həyata keçirilmişdir.
Aktivlərinin həcminə görə bankın ilk beşlikdə yer alması, depozit hesabda yerləşdiriləcək məbləğin bankın xalis aktivindən 10% çox olmaması tələbi nəzərə alınmaqla sərbəst vəsaitin 5 il müddətinə olmaqla2 bank üzrə depozit hesablarda yerləşdirilmişdir ki, bu da ümumi investisiya portfelinin 5%-dən çox deyil.
Dövrün sonunda depozit hesablarda yerləşdirilmiş vəsait üzrə faiz gəliri 13,2 mln. manat olacaqdır.
Sərbəst vəsaitin əsas hissəsi Maliyyə Nazirliyi tərəfindən emissiya edilmiş, tədavül müddətinə görə orta müddətli hesab edilən dövlət zəmanətli istiqrazların alınmasına investisiya edilmişdir. Fəaliyyətin nəticəsi olaraq Fond tərəfindən nominal dəyəri 415,5 mln. manat olan istiqrazların 402,6 mln. manat bazar dəyəri ilə alışı həyata keçirilmişdir. Orta gəlirlilik dərəcəsi 8,37% səviyyəsində müəyyən edilmiş istiqrazlar üzrə kupon ödənişləri 73,4 mln. manat olaraq müəyyən edilmişdir ki, bu da əməliyyatın sonunda alış gəliri də nəzərə alınmaqla fondun 86,2 mln. manat gəlir əldə etməsi deməkdir
Fondun investisiya portfelinin formalaşmasında istifadə edilmiş maliyyə alətlərindən biri də əks-repo əməliyyatıdır. Əks-repo əməliyyatı Fond ilə müvafiq banklar arasında olmaqla dövlət təminatlı istiqrazlar əsasında həyata keçirilmiş, nəticədə əks-repo müddəti 30 gün və 5 gün, gəlirliyi 0,5 mln. manat olan 2 əqd bağlanmışdır.
Ümumilikdə cari investisiya fəaliyyəti üzrə əldə olunacaq gəlir 99,9 mln. manat təşkil edəcək. Qeyd edək ki, investisiya fəaliyyəti üzrə əldə olunan gəlirlərin sosial müdafiə tədbirlərinin effektivliyinin artırılması üçün zəruri hesab edilən maliyyə dəstəyinin formalaşmasında iştirak edən elementlərdən olması hazırda əksər ölkələrin aidiyyəti fondları tərəfindən sığorta vəsaitlərinin müəyyən hissəsinin maliyyə alətlərinə investisiya edilməsinə zəmin yaradır.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
-
- 27 d. əvvəl
-
32 d. əvvəl
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
-
34 d. əvvəl
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
-
1 saat əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
1 saat əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
























