“InvestAZ”-dan həftəlik analiz - son vəziyyət və proqnozlar
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Foreks bazarlarında EUR/USD məzənnəsi 1.18$-ın üzərində ticarət olunsa da, təhlillərə əsasən, qiymət yenidən 1.1727$-a kimi ucuzlaşmaqla, eniş dalğası 1.1626$-a kimi sürətlənə bilər. Qeyd etmək lazımdır ki, Avrozonada makro iqtisadi göstəricilərin qismən zəifləməsi müşahidə edilir.
Çərşənbə günü və cümə axşamı Bakı vaxtı ilə saat 13:00 açıqlanacaq, Avrozonanın iqtisadi inkişaf və inflyasiyası ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir. İnflyasiya göstəriciləri mərkəzi bankların gələcək monetar siyasətlərinin proqnozlaşdırılması üçün önəmlidir və maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur.
GBP
Keçən həftə Amerikanın inflyasiya səviyyəsi ilə bağlı yayımlanan fundamental məlumatlardan sonra bahalaşan valyutalar arasında funt sterlinq də olub. Lakin avqust ayının əvvəlindən etibarən GBP/USD qiymətində başlayan eniş dalğası, yenidən 1.2939$-ın aşağı istiqamətdə qırılması ilə 1.2814$-a kimi davam edə bilər. Eyni zamanda, çərşənbə günü Bakı vaxtı ilə saat 12:30-da açıqlanacaq, İngiltərənin əmək bazarı ilə bağlı önəmli statistik məlumatların da, hal-hazırda 1.30$ ətrafında ticarət olunan funt/dollar qiymətinə təsir edəcəyi gözlənilir.
TRY
Türkiyə maliyyə bazarlarında Türk lirəsi qiymətinin 3.53TL-nin altında ticarət ediləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 11:00-da yayımlanacaq, Türkiyənin də əmək bazarı ilə bağlı fundamental məlumatların lirənin qiymətinə təsir edəcəyi gözlənilir.
OIL
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 52$-ın altında ticarət edilməkdədir. Lakin gələcək günlər ərzində qiymətin yenidən 53$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır. “OPEC”-in aylıq hesabatında cari və gələn illər ərzində neftə olan tələbin daha da arta biləcəyinin vurğulanması, neft qiymətlərinə dəstək olur. ABŞ-da neft ehtiyatlarının da avqust ayında azalması dinamikasının güclənməsi, neft qiymətlərinin bahalaşmasına təsir edən amillərdəndir.
GOLD
Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti keçən həftə ərzində 1292$-a (41.5 $/qram) kimi bahalaşıb. Təhlillərə əsasən, maliyyə bazarlarında dolların ucuzlaşması ilə bahalaşan, qızıl qiymətləri əlavə olaraq 1295$ (41.6 $/qram) və 1320$-a (42.4 $/qram) kimi də bahalaşa bilər. Amerika Mərkəzi Bankının (FED) faiz siyasəti üzrə artım gözləntilərinin zəif olması və dünyada siyasi risklərin yenidən artması, qızılın daha da bahalaşmasına səbəb olur.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
12 d. əvvəl
Soba 99.99 manata, paltaryuyan 399.99 manata, kombi 529.99 manata - qiymətlər 70%-dək endirilib
-
40 d. əvvəl
Azərbaycanda İT işçilərinin maaşından 20 il gəlir vergisi tutulmayacaq
- 44 d. əvvəl
- 58 d. əvvəl
-
59 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Soba 99.99 manata, paltaryuyan 399.99 manata, kombi 529.99 manata - qiymətlər 70%-dək endirilib
Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı genişmiqyaslı dəyişikliklər təsdiqlənib – Kimlərə şamil olunur?
Ən çox oxunanlar
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"






















