PAŞA Holding-in dəstəyi ilə, “Her IT Journey 3” layihəsi 2025-ci ildə davam edir
(®) Bir müddət öncə Safavy.org onlayn təhsil platforması tərəfindən təşkil edilən, eləcə də PAŞA Holding tərəfindən dəstək olunan “HER IT Journey 3” layihəsinin açılış tədbiri keçirilib.
Safavy.org onlayn təhsil platforması Azərbaycanda ilk video əsaslı təhsil startapıdır və yalnız Azərbaycan dilində video dərslər istehsal etməkdən əlavə, eyni zamanda ölkədə xanımların rəqəmsal bacarıqlarının artırılması istiqamətində bir sıra sosial layihələr icra edir. Sözügedən layihərərdən biri “Her IT Journey” layihəsidir.
İlk 2 dalğada toplam 85 regionlarda yaşayan xanımlara İnformasiya Texnologiyalar (İT), UI\UX dizayn, Data analitika sahələri üzrə dərslər keçirilmişdir. Layihənin əsas məqsədi ölkənin regionlarında yaşayan və ya paytaxta təhsil almaq üçün gələn xanımların rəqəmsal bacarıqlarını artırmaq, əmək bazarına inteqrasiyasını stimullaşdırmaq və karyera qurmaq istiqamətlərində yumşaq bacarıqların öyrədilməsindən ibarətdir.
Qadın sahibkarlığı mövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura AFAQ layihəsi, Ana Sahibkar, Woman Bazaar layihələri daxildir. Qeyd edək ki, ötən il PAŞA Holding Azərbaycanın voleybol üzrə milli yığma komandasını da dəstəkləyib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 3 d. əvvəl
-
13 d. əvvəl
Soba 99.99 manata, paltaryuyan 399.99 manata, kombi 529.99 manata - qiymətlər 70%-dək endirilib
-
41 d. əvvəl
Azərbaycanda İT işçilərinin maaşından 20 il gəlir vergisi tutulmayacaq
- 45 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı genişmiqyaslı dəyişikliklər təsdiqlənib – Kimlərə şamil olunur?
Ən çox oxunanlar
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər


























