Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan 2030-cu ilə qədər buğda toxumu ilə təminatını 100 %-ə çatdırmaq istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan 2030-cu ilə qədər buğda toxumu ilə təminatını 100 %-ə çatdırmaq istəyir
iç səhifə xəbər şəkil altı (mobil)_32

2030-cu ilə qədər Azərbaycanda buğda toxumu ilə təminatın 100 %-ə çatdırılması hədəflənir.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" adlı konfransda bildirib.

"Son illərdə toxum keyfiyyətinə nəzarət sahəsində mühüm addımlar atılıb. Aprobasiya prosesinin rəqəmsallaşdırılması, toxumluq sahələrin rəqəmsal xəritələşdirilməsi sertifikatlı toxumların keyfiyyətinin və mənşəyinin izlənəbilərliyini tam təmin edib. Çox yaxşı haldır ki, əvvəlki illə müqayisədə buğda və arpa toxum istehsalında nəzərəçarpan artım müşahidə olunub. Belə ki, ümumilikdə 81 min ton toxum istehsal edilmişdirsə, cari ildə bu rəqəmin 100 min tona yaxın olacağı gözlənilir. Dövlət Proqramının icrası nəticəsində 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 %-ə çatdırılması hədəflənir. Bununla yanaşı, kartof, tərəvəz, yem və texniki bitkilərin toxumu ilə təminat səviyyəsinin artırılması da qarşıda duran əsas vəzifələrdəndir", -deyə o qeyd edib.

Nazirin sözlərinə görə, ölkədə sertifikatlı ting istehsalında ciddi artım və maraq müşahidə olunmaqdadır:

"Artıq sertifkatlı ting istehsalı 7 milyon ədəd civarındadır. Xüsusi ilə qeyd etmək lazımdır ki, özəl sektorda 4 in-vitro laboratoriyası calaqaltı istehsalı ilə məşğuldur. Bu da özlüyündə çox müsbət göstəricidir. Bu sahədə çağırışlar olduqca çoxdur. Növbəti hədəfimiz idxal olunan toxumların sortluq və səpin keyfiyyətinə nəzarət sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu tədbir mənşəyi məlum olmayan toxumların ölkəyə girişinə məhdudiyyət qoymaqla yanaşı, yerli istehsalın güclənməsinə də şərait yaradacaq. Toxumçuluq ərzaq təhlükəsizliyi baxımından strateji məsələdir".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report" 

24.09.2026 11:19
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19