970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AQTA sədri: "Bu il zərərli orqanizmlə yoluxmuş 200 tondan çox toxumluq məhsulla bağlı tədbir görülüb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
AQTA sədri: "Bu il zərərli orqanizmlə yoluxmuş 200 tondan çox toxumluq məhsulla bağlı tədbir görülüb"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Bu il Azərbaycanda zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı müvafiq fitosanitar tədbirlər görülüb.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakıda keçirilən "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" adlı konfransda bildirib.

Reklam_3_11

Onun sözlərinə görə, keyfiyyətli və sağlam toxum yüksək məhsuldarlığın, davamlı bitkiçiliyin, ərzaq təhlükəsizliyinin və bütövlükdə ölkənin aqrar dayanıqlığının əsas şərtlərindən biridir: "Buna görə də yerli toxum istehsalının inkişaf etdirilməsi, keyfiyyət və sağlamlıq göstəricilərinin təmin olunması, həmçinin etibarlı təchizat sisteminin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə məhsulun keyfiyyəti ilə yanaşı, onun fitosanitar sağlamlığı da ön plana çıxır. Toxum və əkin materialları ölkələr arasında hərəkət edən zaman yalnız məhsul deyil, eyni zamanda bitki xəstəliklərinin, zərərvericilərin və digər karantin tətbiq edilən zərərli orqanizmlərin yayılması üçün potensial mənbə ola bilər".

"Agentlik olaraq bizim bu sahədə əsas məqsədimiz ölkə ərazisinin bitki sağlamlığı üçün təhlükə yarada biləcək zərərli orqanizmlərdən qorumaq, idxal olunan toxum və əkin materiallarının müəyyən edilmiş fitosanitar tələblərə uyğunluğunu təmin etmək və eyni zamanda yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməkdir. Bu sahədə hüquqi bazanın inkişafı da qarşıda duran prioritet vəzifələrimizdəndir. "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üzrə Dövlət Proqramı" çərçivəsində "Bitki sağlamlığı haqqında" yeni qanunun qəbul edilməsi nəzərdə tutulur. Yeni Qanun bitki sağlamlığı sahəsində hüquqi mexanizmlərin və risk əsaslı fitosanitar nəzarətin təkmilləşdirilməsinə xidmət edəcəkdir. Dövlət Proqramında həmçinin, kadr hazırlığının gücləndirilməsi də əsas istiqamətlərdən biri kimi müəyyən olunmuşdur. Digər mühüm istiqamət laborator diaqnostikanın davamlı inkişaf etdirilməsidir", - deyə sədr əlavə edib.

Bundan başqa, o qeyd edib ki, 2026-cı ilin ötən dövrü ərzində karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 80 mindən çox ting, eləcə də 200 tondan artıq toxumluq məhsulla bağlı müvafiq fitosanitar tədbirlər görülüb: "Bu tədbirlər zərərli orqanizmlərin yayılmasının qarşısının alınmasına və sağlam əkin materiallarının dövriyyəsinə yönəlib. Yerli toxumçuluğun inkişafı ölkəmizin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Məhsulun beynəlxalq bazarlara çıxışının genişləndirilməsi üçün istehsaldan başlayaraq sertifikatlaşdırma, fitosanitar nəzarət, laborator diaqnostika və ixrac prosedurlarına qədər bütün mərhələlərin beynəlxalq tələblərə uyğun qurulması mühüm əhəmiyyət daşıyır. İnanıram ki, bu gün aparılacaq müzakirələr, səsləndiriləcək təkliflər və paylaşılacaq təcrübələr ölkəmizdə müasir, rəqabətqabiliyyətli və etibarlı toxumçuluq sisteminin daha da inkişafına təkan verəcək".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report" 

24.09.2026 11:20
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19