ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı
ABŞ-da seçki nəticələri investorları təşvişə saldı – Riskli aktivlər ucuzlaşır. Trampın siyasi imkanları məhdudlaşa bilər – Dünya bazarları mənfi reaksiya verdi. Demokratlar güclənir, bazarlar ucuzlaşır. ABŞ-da siyasi dəyişiklik ehtimalı maliyyə bazarlarını vurdu.ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasına nəzarəti ələ keçirməyə yaxınlaşması qlobal maliyyə bazarlarında risk iştahasını azaldıb. Seçkilərin ilkin nəticələrinin Prezident Donald Tramp administrasiyasının siyasətinin həyata keçirilməsinə maneələr yarada biləcəyi gözləntilərini gücləndirməsi fonunda ABŞ fond indekslərinin fyuçersləri və dollar ucuzlaşıb, ABŞ dövlət istiqrazlarının qiymətləri isə yüksəlib.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, S&P 500 indeksinin fyuçersləri günün əvvəlində qeydə alınan 0,5 faizlik artımı itirərək 1,3 faiz geriləyib. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq 100 indeksinin fyuçersləri isə 2,3 faiz ucuzlaşıb.
Qızılın qiyməti 2% artaraq 4006 dolları keçib.
Mənfi tendensiya Asiya bazarlarında və kriptovalyuta sektorunda da müşahidə olunub. MSCI Asiya-Sakit okean indeksi 1,8 faiz, Bitcoin isə 2,5 faiz dəyər itirib.
Demokratların güclənməsi texnologiya sektorunda narahatlığı artırır
Pepperstone şirkətinin strateqi Dilin Wu bildirib ki, Demokratların seçkilərdə daha güclü nəticə göstərməsi bazarlarda qeyri-müəyyənliyi artırıb. Bu, xüsusilə şirkətlərə münasibətdə tənzimləmələrin sərtləşdirilməsi və süni intellekt sahəsinə yönəldilən xərclərin daha ciddi nəzarətə götürülməsi ehtimalı ilə əlaqədardır.
Ekspertin fikrincə, texnologiya şirkətlərinin səhmlərinin qiymətləndirilməsi onsuz da təzyiq altında olduğundan seçkilərin nəticələri satış dalğasının yeganə səbəbi deyil. Əksinə, siyasi hadisələr investorların mövcud narahatlıqlarını daha da gücləndirir.
Dollar ucuzlaşıb, ABŞ dövlət istiqrazlarının gəlirliliyi azalıb
Seçkilərin ilkin nəticələri valyuta və istiqraz bazarlarına da təsir göstərib. ABŞ dolları G10 ölkələrinin əksər valyutaları qarşısında dəyər itirib. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 6 baza bəndi azalaraq 4,90 faizə enib.
Dövlət istiqrazlarının gəlirliliyi bütün müddətlər üzrə aşağı düşüb. Ən ciddi azalma isə beşillik istiqrazlarda qeydə alınıb. Bu istiqrazların gəlirliliyi 9 baza bəndinədək azalaraq 4,68 faizə geriləyib.
Valyuta bazarında İsveçrə frankı dollar qarşısında 0,7 faiz bahalaşaraq ən yüksək artım nümayiş etdirən valyuta olub. Yaponiya yeni 0,6 faiz, avro isə 0,4 faiz möhkəmlənib.
Ekspert: Dolların taleyi süni intellekt sektorundan asılı vəziyyətə düşüb
Credit Agricole CIB-nin strateqi David Forrester bildirib ki, ABŞ dollarının zəif nöqtəsi üzə çıxıb və Amerika valyutasının gələcək taleyi getdikcə daha çox süni intellekt sektorundakı investisiya bumundan asılı vəziyyətə düşür.
Ekspertin fikrincə, Demokratların seçkilərdə böyük uğur qazanması məlumat mərkəzlərinə investisiyaların məhdudlaşdırılmasına və süni intellekt sektorunun inkişafının ləngiməsinə səbəb ola bilər.
Forrester hesab edir ki, belə bir siyasi dəyişiklik ABŞ dolları üzərində əlavə təzyiq yarada bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
22 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 18 d. əvvəl
-
19 d. əvvəl
AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir ®
-
27 d. əvvəl
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
-
29 d. əvvəl
ABŞ seçkilərindən sonra səhmlər bahalaşacaq? – 44 ilin statistikası açıqlandı
- 43 d. əvvəl
-
50 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir ®
ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı
Ən çox oxunanlar
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Azərbaycan neftinin son qiyməti
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır























