ASAN Xidmət mərkəzlərində İstiqraz növbəsi
SOCAR İstiqrazlarına tələbat kəskin artıb - QİYMƏTLƏR YÜKSƏLDİ
Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazlarına tələbat kəskin artıb. Bu barədə istiqrazın market meykeri olan "PSG Kapital" şirkəti məlumat yayıb.
Şirkətdən bildirilir ki, son günlər istiqrazların alışı üçün "PSG Kapital"ın ASAN 1 və ASAN 5 Xidmət mərkəzlərindəki satış nöqtələrinə müraciətlər çoxalıb. Artım özünü həm müraciətlərin sayında, həm də sifarış edilən istiqrazların sayında göstərir.
"Müraciətlər həm Bakı, həm də respublikanın bölgələrindən daxil olur. SOCAR İstiqrazı almaq istəyənlər arasında yeni müştərilər üstünlük təşkil edirlər. Əvvəlki müştərilər isə istiqraz portfellərini daha da böyütmək üçün təkrar bazardan yeni qiymətli kağızlar alırlar"-deyə investisiya şirkətindən bildirilib.
İstiqraz alıcıları arasında fiziki şəxslər xüsusilə aktivdir: "SOCAR İstiqrazlarının alınması üçün əhalidən gələn müraciətlər xeyli artıb. Vəsaitlərini istiqrazlarda saxlamaq istəyən hüquqi şəxs və şirkətlərdən də müraciətlər daxil olur".
SOCAR İstiqrazlarına tələbatın artması istiqrazların satış göstəricilərində də əksini tapıb. Bu ilin əvvəlindən indiyədək istiqrazlarla əməliyyatların həcmi 10 milyon dolları keçib.
Tələbatın yüksək olmasını göstərən digər məqam təkrar bazarda onun alış-satış qiyməti ilə bağlı baş verən dəyişiklikdir. Belə ki, artıq bir neçə aydır ki, SOCAR İstiqrazları ilə əməliyyatlarda istiqrazın bazar qiyməti onun cari qiymətindən (yəni əsas vəsait + həmin günədək hesablanmış faiz) dha yüksək olub. Başqa sözlə, alıcılar istiqrazları almaq üçün hesablanmış faizlərdən də artıq vəsait ödəməyə hazırdırlar.
İstiqrazlara tələbatın artması özünü qiymətli kağızın qiymətində də göstərib. Bir neçə gün əvvəl təkrar bazarda SOCAR İstiqrazlarının satış qiyməti artaraq 1006-1011 dollara yüksəlib. Amma hətta bu qiymətə də istiqraz almaq istəyənlərin sayı böyükdür.
"PSG Kapital"dan bildirilib ki, istiqrazlara tələbatın artması həm qiymətli kağızların xüsusiyyətləri, həm də son günlər baş verən bəzi iqtisadi proseslərlə bağlıdır.
Belə ki, son dövrlərdə banklar dollar əmanətlərinin faizlərini həddən artıq aşağı saldıqlarına görə, banklara dollar əmanəti yerləşdirmək ümumiyyətlə sərfəli deyil və SOCAR İstiqrazları dollarla olan vəsaitləri yatırmaq üçün ən sərfəli variantdır: "Bəzi banklarda dollar əmanəti üzrə faizlər 1%-dən də aşağı səviyyəyə enib. Bu faizlərlə həmin əmanətin gətirdiyi qazanc, texniki xərclərin ödənilməsinə belə kifayət etmir. Başqa sözlə, bu əmanətlər faktiki olaraq gəlir gətirmir. Belə vəziyyətdə SOCAR İstiqrazı kimi etibarlı qiymətli kağızın təklif etdiyi illik 5% gəlirlilik olduqca yüksəkdir. Artıq müştərilər də bunu görür və istiqrazların üstünlüyünü qiymətləndirirlər".
İstiqrazlara tələbatın yüksəlməsinin digər səbəbi, əhalinin bu kağızın üstünlükləri barədə məlumatının artmasıdır. Yüksək gəlir, dərhal pula dəyişmək və hissə-hissə satmaq imkanı SOCAR İstiqrazlarını müştərilər üçün xüsusilə cəlbedici edir. "SOCAR-ın geri alma zəmanəti nəticəsində bu istiqrazları dərhal satmaq mümkündür və onların qiyməti heç vaxt nominal qiymətdən aşağı düşmür. Bu - müştərilər üçün böyük üstünlük və stimuldur»-deyə "PSG Kapital"-dan bildirilib.
Bir qədər əvvəl start verilən REPO əməliyatları isə SOCAR İstiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, ən aşağı faizlə (illik 3,5%) kredit götürməyə imkan verib. Hazırda istiqraz sahibləri bu imkandan geniş istifadə edirlər.
Xatırladaq ki, ölkədə ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR İstiqrazları 2016-cı ilin oktyabrında dövriyyəyə buraxılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.
İndiyədək SOCAR İstiqrazları üzrə 5 dəfə faiz ödənişi (4 ödəniş 2017-ci ildə, 1 ödəniş 2018-ci ildə) edilib. İstiqraz sahibləri indiyədək bu qiymətli kağızlardan 6,25 milyon dollar gəlir götürüblər. İstiqrazlar üzrə növbəti faiz ödənişi apreldə həyata keçiriəcək.
SOCAR İstiqrazlarına zəmanət mexanizminin necə çalışdığını bu videodan izləmək olar:
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
11 d. əvvəl
Soba 99.99 manata, paltaryuyan 399.99 manata, kombi 529.99 manata - qiymətlər 70%-dək endirilib
-
39 d. əvvəl
Azərbaycanda İT işçilərinin maaşından 20 il gəlir vergisi tutulmayacaq
- 43 d. əvvəl
- 57 d. əvvəl
-
58 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Soba 99.99 manata, paltaryuyan 399.99 manata, kombi 529.99 manata - qiymətlər 70%-dək endirilib
Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı genişmiqyaslı dəyişikliklər təsdiqlənib – Kimlərə şamil olunur?
Ən çox oxunanlar
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"





















