SİMA yeni nəsil rəqəmsal imza “Vergi və Mühasibatlıq Zirvəsi”ndə!
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza 500-dən çox şirkət əməkdaşının iştirak etdiyi “Vergi və Mühasibatlıq Zirvəsi”nə dəstək göstərir.
Martın 11-də “Baku Marriott Boulevard” hotelində keçiriləcək tədbirin sərgi hissəsində SİMA yeni nəsil rəqəmsal imza təqdim ediləcək.
Tədbirdə iştirak edən qonaqlara və sərgi iştirakçılarına SİMA rəqəmsal imzanın vətəndaşlara bu günədək təqdim etdiyi xidmətlər və sahibkarlar üçün nəzərdə tutulan həll çərçivəsində göstəriləcək xidmətlər barədə ətraflı məlumat veriləcək.
“Vergi və Mühasibatlıq Zirvəsi”ndə Azərbaycanın biznes, vergi, mühasibatlıq və maliyyə sferasının qərarverici şəxsləri, ölkədə fəaliyyət göstərən yerli və xarici şirkət rəhbərləri, səfirliklərin iqtisadi missiyası üzrə cavabdeh şəxslərin iştirakı nəzərdə tutulur.
Tədbirin məqsədi yeniliklərin innovativ həlləri diktə etdiyi, paralel olaraq, qanunların yeniliyini izlədiyimiz dövrdə mühasib peşəsinin gələcəyinin müzakirə olunduğu platforma rolunu oynamaqdır.
Qeyd edək ki, bu günədək SİMA 20-yə yaxın tərəfdaşı vasitəsilə 100-dən artıq rəqəmsal xidmətlərə giriş və istifadə imkanı yaradıb. Bir il ərzində SİMA mobil tətbiqi 200 mindən çox istifadəçi tərəfindən yüklənilib.
Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir.
Rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də rəqəmsallaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır. SİMA mobil tətbiqi qısa müddət əvvəl təkmilləşdirilib, qeydiyyat prosesi daha da rahatlaşdırılıb.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA rəqəmsal imza vasitəsilə ölkəmizdə biznes prosesləri sürətləndirmək istiqamətində müvafiq tədbirlər davam etdirilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı https://sima.az saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
13 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 29 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
İxracan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
















.jpg)




