“AG Bank”ın vəziyyəti məlum oldu
“AG Bank”da zərərin artması dayanıb, kredit portfeli sabitləşib, depozit portfeli və əhalinin əmanətləri artıb. Həmçinin Bank, borclarının xeyli hissəsini də qaytarıb.
“Marja” Bankın balans hesabatlarına istinadən xəbər, 31 Mart 2017-ci il tarixində “AG Bank”da 1 milyon 807 min manat olmuş xalis zərər 30 İyun 2017-ci il tarixində 1 milyon 575 min manata düşüb. Qısası, ikinci rübdə bankın xalis zərəri 232 min manat azalıb.
Müqayisə üçün qeyd edək ki, “AG Bank” 2016-cı ili 64,4 milyon manat zərər ilə bağlamışdı. Zərərin əsas səbəbi Bankın gəlirlərinin böyük hissəsini gələcəkdə ehtimal olunan kredit itkilərinə görə ehtiyatlara ayırması idi.
“AG Bank” 2017-ci ilin ikinci rübü üzrə “Mənfəət və zərər” heabatını İnternet səhifəsində yerləşdirmədiyi üçün gəlirlər və xərclər barədə ətraflı məlumat verə bilmirik.
AKTİVLƏRİ YARIM MİLYARD MANATDAN ÇOXDUR
“AG Bank”ın aktivlərinin, o cümlədən kedit portfelinin azalması səngiyib.
“AGBank” ötən ilin sonunda 520 milyon manat, 31 Mart 2017-ci il tarixində 505,7 milyon manat cəmi aktivlərə malik ikən, 2017-ci ilin birinci yarısının sonunda (30 İyun 2017-də) 502,6 milyon manat cəmi aktivlərə malik olub. Göründüyü kimi aktivlərdə azalma əsasən cari ilin 1-ci rübdə baş verib, ilin ikinci rübündə cüzi azalma olub. İlk rübdə müştərilərə verilmiş kreditlər 292,2 milyon manatdan 287,5 milyon manata, ikinci rübdə isə 284,5 milyon manata düşüb. Bankın kredit portfelində kəskin azalmanın olmaması da müsbət hal kimi qəbul edilə bilər. Qeyd edək ki, əksər bankların kredit portfeli azalır. Kredit şərtlərinin sərtləşməsi, kreditlərə tələbin aşağı düşməsi azlmanın əsas səbəbləridir.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
“AGBank”da depozitlərin, o cümlədən əhalinin əmanətlərinin artması da diqqəti cəlb edir. Ötən ilin sonunda Bankda 216,3 milyon manat olmuş depozitlər cari ilin İyun ayının sonunda 222,7 milyon manata qalxıb. O cümlədən, fiziki şəxslərin müddətli depozitləri (əhalinin əmanətləri) 124,6 milyon manatdan 130,7 milyon manata yüksəlib.
Müqayisə olunan dövrdə “AGBank”da şirkətlərin də vəsaitləri artaraq 54,2 milyon manatdan 60,4 milyon manata qalxıb.
Bankda xarici valyutada olan depozitlər 188,6 milyon manatdan 181,9 milyon manata, xarici valyutada olan əmanətlər isə 113,3 milyon manatdan 109,9 milyon manata düşüb.
30 Iyun 2017-ci il tarixində “AGBank”ın 502,65 milyon manatlıq aktivlərinin 180,7 milyon manatı, 450,3 milyon manatlıq öhdəliklərinin isə 237,6 milyon manatı xarici valyutada olub.
Qeyd edək ki, “AG Bank”da depozitlərin və əmanətlərin manat ilə ifadədə artması məzənnə ilə (dolların qalxması) bağlı deyil, atım biznesin inkişafı ilə əlaqədardır. Ötən ilin sonunda 1.7660 səviyyəsində olan Dollar/Manat məzənnəsi İyunun sonunda 1.7022 səviyyəsinə düşüb. Əksinə, Dollar ucuzlaşıb, bu da depozitləri manat ilə ifadədə az da olsa azaldıb.
BORCLARINDAN XEYLİ QAYTARIB
Birinci yarım ildə “AGBank”da bankların və digər maliyyə institutlarının depozitləri 19,4 milyon manat azalaraq 44,45 milyon manatdan 25,05 milyon manata düşüb. “AGBank” digər banklardan aldığı keditlərin də böyük hissəsini qaytarıb ( 40,4 milyon manatdan 28,5 milyon manata düşüb). Bank digər maliyyə institutlarının kreditlərindən də qaytarıb (82,6 milyon manatdan 79,9 milyon manata geriləyib).
Birinci yarımildə “AgBank” da ödəmə vaxtı keçmiş kreditlərin həcmi 136,4 milyon manatdan 143,8 milyon manata qalxıb. Bu, Bankın cəmi kredit portfelinin təxminən yarısına bərabərdir. Lakin vaxtı keçmiş kreditlərin də artması səngiyib. 2016-cı ilin birinci yarısında “AG Bank”da ödəmə vaxtı keçmiş kreditlər təxminən 2 dəfə artaraq 100 milyon manatı keçmişdi.
30 İyun 2017-ci il tarixində “AG Bank”ın cəmi balans kapitalı 52,3 milyon manat təşkil edib. “Ag Bank”ın nizamnam kapitalı 102,2 milyon manat olsa da, əvvəlki illərin 62,07 milyon manatlıq zərəri xüsusi kapitalın aşağı düşməsinə səbəb olub.
2017-ci ilin ikinci rübünün rəqəmləri “AG Bank”ın sabitləşdiyinə işarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
17 d. əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
24 d. əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 49 d. əvvəl
-
1 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
1 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
1 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
1 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza

























