"Gədəbəy kartofu sortları tamamilə aradan çıxa bilər. Yarım milyon tona yaxın yun qırxılıb, çölə atılıb"
"“Aqroserviz” də yoxdur. Əslində, 2017-ci ilə kimi Gədəbəydə adıçəkilən servizin filialı olub. Niyə bağlayıblar, niyə 5-6 ildir yoxdur, heç kəs bilmir.""Problemlərimiz var. Məsələn, rayonun iqtisadiyyatının əsasını təşkil edək kartofçuluqda bugünkü vəziyyət bizi tam qane etmir. Biz heç cür razılaşa bilmərik ki, bir vaxtlar ildə 200 min ton kartof istehsal edən rayonda indi bu rəqəm 125 min tona düşüb".
Bu sözləri isə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Asif Nağıyev deyib.
O qeyd edib ki, bir sıra məşhur sortlar – “Ağçiçək”, “Telman” kartofları tezliklə tamamilə aradan çıxa bilər: "Onların normal yetişdirilməsi xeyli çətinləşib. Çünki lazımi mineral gübrələr çatışmır, ya da çox bahadır".
Direktora xatırlatdıq ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən müasir seleksiya yolu ilə yeni yaradılan Uğur, Çənlibel, Vaqif və Turan kartof sortlarının Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində nümayiş əkinləri aparılmışdı, bəs nəticəsi nə oldu?".
Dedi ki, bu dörd yeni sort həm dəmyə, həm də suvarılma şəraiti olan bölgələr üçün əlverişlidir. Eyni zamanda, əkin dövriyyəsində olan mövcud sortlardan məhsuldarlığı 30-40 faiz daha çoxdur. Hazırda həmin sortların rayonlaşdırılaraq toxumçuluğun təşkil olunması üzərində iş gedir.
Yeri gəlmişkən, Gədəbəydə istənilən kənd təsərrüfatı məhsulunun dəmyə şəraitində yetişdirilməsi mümkün olduğu üçün suvarma problemi yoxdur. Lakin hazırda rayonda 180 hektar suvarılan ərazi var ki, adamlar çətinliklərlə üzləşirlər. Bu ərazidə azı iki artezian quyusuna ehtiyac var...
Gədəbəydə ilkin emal müəssisələrinə də ehtiyac çoxdur. Xüsusilə gön-dəri, yunun ilkin emalı müəssisələrinin olmaması hər il tonlarla məhsulun az qala çölə atılması ilə nəticələnir. Keçən il rayonda 218 min 692 baş xırdabuynuzlu mal olub və hesablamalara görə bu heyvanlardan yarım milyon tona yaxın yun qırxılıb. Amma hanı"- Hamısı dağılıb gedib, çölə atılıb. Hara aparsınlar, kimə satsınlar" Halbuki emal müəssisəsi olsaydı, həm heyvandarlıqla məşğul olanlar, həm də rayonun özü xeyli pul qazana bilərdi.
“Aqroserviz” də yoxdur. Əslində, 2017-ci ilə kimi Gədəbəydə adıçəkilən servizin filialı olub. Niyə bağlayıblar, niyə 5-6 ildir yoxdur, heç kəs bilmir.
Yüksək keyfiyyətli toxumların, gübrələrin alınıb gətirilməsində də bir sıra maneələr aradan qaldırılmalıdır. Bu işlər ayrı-ayrı sahibkarlara deyil, mərkəzləşdirilmiş qaydada, yəni dövlət səviyyəsində həll olunmalıdır. Kimsə gedib Rusiyanın hansısa bir vilayətindən toxumluq kartof gətirirsə, təkcə ona ümid bağlanmamalıdır. Özü də bu sortların bir çoxunun mənşəyi tam öyrənilmir, lazımi nəzarət yoxdur, yerli şəraitdə yetişdirilməsi bəzən nəzərə alınmır və sair.
Gübrə satışı da onun kimi. Bir qədər gözüaçıq fermerdirsə, hardan oldu, tapıb gətirəcək. Bəs qalanları? Nə tapılır, nə ziyanvericilərə qarşı lazımi təsirə malik deyil, nə də qiyməti münasibdir.
...Artıq 2023-cü ilin üçüncü ayı başa çatır. Bu il Gədəbəydə əvvəlki illərdən daha çox məhsul ədə etmək barədə düşünürlər. İndiyədək 3 min 661 hektar sahədə şum qaldırılmış, 3 min 288 hektar sahədə payızlıq səpin işləri aparılmış, 3 min 500 nəfər fermer 2 min 867 hektar sahəyə payızlıq əkinini bəyan etmişdir.
Rəqəmlərlə sizi yormaq istəmirəm. Amma onu da nəzərə almaq lazımdır ki, hər rəqəmin arxasında minlərlə gədəbəylinin alın təri dayanır. Gərək bunu unutmayaq. Elə edək ki, Gədəbəyin məhsulu bol olsun, dadlı olsun, keyfiyyətli olsun... Məhsul ki, bol oldu, demək, bu ucqar dağ rayonu daha firavan yaşayacaq. Bu firavanlıq təkcə Gədəbəydən və gədəbəylilərdən asılı deyil. Bir sıra nazirliklərin və baş idarələrin, şirkətlərin rəhbərləri yay aylarında gəlib buz kimi bulaqlardan su içib “ox ay...” deyərkən gərək sadə gədəbəylini, torpaqla əlləşən kəndlini, fermeri unutmasın, onların problemləri ilə maraqlansın...
© “Xalq qəzeti”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 18 saat sonra
-
-
1 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
1 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
3 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
4 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib























