Unibank kartlarında 200 AZN dövriyyə tələbi ləğv edildi
(®️)İndi Unibank kart sahiblərinin ay ərzində yüksək keşbek qazanmaq imkanı daha da artıb.
Çünki artıq UCard-la yanacaqdoldurma, kafe-restoran və marketlərdə 5% keşbek qazanmaq üçün 200 manat dövriyyə tələbi yoxdur. Qeyd olunan xidmət və ticarət obyektlərində Apple Pay və Google Pay ilə ödəniş edən UCard sahibləri dövriyyə tələbi olmadan, dərhal 5% keşbek qazanacaqlar.
Nəticələrin təhlili göstərir ki, Unibank müştərilərinin əksər hissəsi marketlərdə ödəniş edir. 30 yaşadək gənc müştərilərin Unibank kartını ən çox istifadə etdiyi istiqamət isə kafe-restoranlardır. Unibank müştərisinin keşbek qazanması üçün istiqamət seçməsinə ehtiyac qalmır. Çünki Unibank kartı ilə marketlər, kafe-restoranlar və yanacaqdoldurma məntəqələrində Apple Pay və Google Pay-la ödəniş zamanı kart sahibi 5% keşbek qazanmaq imkanı əldə edir.
Hazırda 1000-dən artıq partnyor mağaza və xidmət mərkəzlərində UCard ilə alış- veriş edərkən və xidmətlərdən istifadə zamanı xərclənən vəsaitdən keşbek qazana bilərsiniz.
UCard sahiblərinə 5% keşbek qazandıran ticarət və xidmət kateqoriyaları:
-Dünyanın bütün marketlərində və onlayn marketlərdə - 5%;
-Dünyanın istənilən yanacaqdoldurma məntəqələrində - 5 %;
-Dünyanın istənilən kafe və restoranlarında onlayn sifarişlər də daxil olmaqla – 5%
Ümumi keşbek şərtləri və partnyorların siyahısı ilə daha ətraflı https://unibank.az/az/cards/cashback səhifəsindən məlumat almaq mümkündür. Partnyor və qeyri-partnyor siyahısında istənilən sektordan tərəfdaş tapmaq olar.
Unibank- Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















