Birjalarda son durum - 15.05.2023
Ötən həftə ABŞ-da inflyasiyanın artım tempinin proqnozlaşdırılandan daha çox zəifləməsi birjalarada dolların gələcəyinə dair ümidlər yaratsa da, Demokratlar və Respublikaçılar arasında borc limiti ilə bağlı müzakirələrin içindən çıxılmaz vəziyyət alması, ən son ABŞ prezidenti Co Baydenin Konqres liderləri ilə borc limiti ilə bağlı görüşünün təxirə salınması dollar üzərində təzyiqlərin yenidən artmasına səbəb oldu.
ABŞ Konqresinin Büdcə Ofisi (CBO), eləcə də, ABŞ Mliyyə naziri Janet Yellen borc limiti artırılmasa, hökumətin iyunun ilk iki həftəsində defolt riskinin “əhəmiyyətli dərəcədə yüksək” olduğunu vurğulayıb.
Nəticədə səngimək bilməyən qeyri-müəyyənliklər fonunda DXY ötən həftəni də 103.50 bəndlik müqavimət səviyyəsinin altında başa vurdu. Həftəni 102.20 bənddə başa vuran dollar indeksində tendensiyanın gedişinə cari ticarət həftəsində açıqlanacaq mənzil bazarlarına dair göstəricilər, həmçinin ölkədə topdan və pərakəndə satış dövriyyələrinin həcmi kimi iqtisadi göstəricilər ciddi təsir edə bilər.
EUR
Ötən həftəni 1.0860 hədlərində tamamlayan EURUSD məzənnəsində cari ticarət həftəsində tendensiyanın formalaşmasına təsir göstərə biləcək əsas faktorlar arasında Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri, AMB sədri K.Laqardın açıqlamaları, Avrozonada və Almaniyada dərc olunacaq ZEW Biznes Aktivliyi İndeksi göstəricilərini qeyd etmək olar.
Təhlillərə əsasən EURUSD məzənnəsində qiymətlər 1.0900 həddinin altında qaldığı müddətdə, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
GBP
Ötən həftə İngiltərə Mərkəzi Bankının faiz qərarı, və aylıq, rüblük və illik müqayisədə geriləyən ÜDM məlumatlarından sonra ucuzlaşan funt-sterlinqdə qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışlarını və ölkədə əmək bazarına dair statistik rəqəmləri diqqətdə saxlayacaqlar.
GOLD
Qızıl “güvənli liman” missiyasını davam etdirir. Korrektiv olaraq bir qədər ucuzlaşsa da, qiymətli metalın bir unsiya üzrə dəyəri 2000$ səviyyəsinin üzərində qaldığı müddətdə, qiymət artımları yenidən bərpa oluna bilər. Təhlillərə əsasən hazırda 2017$-dan təklif olunan qızılın qiyməti 2021$-ın üzərinə yüksəlsə, artım tendensiyası 2034$ və 2046$-a kimi davam edə bilər.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 9 saat sonra
-
-
12 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
12 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 14 saat əvvəl
-
17 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir






.jpg)
.jpg)








.jpg)







