Azercell Uşaq Hüquqlarının Qorunması Həftəsi elan edir
Lider mobil operator tərəfdaşları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş silsilə tədbirlər keçirir
(®) “Azercell Telekom” MMC, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, AR Ədliyyə Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF Azərbaycan və Avropa İttifaqı ilə birgə əməkdaşlıqda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün silsilə tədbirlərə start verir. Layihə indiyə qədər ölkədə təcrübədə tətbiq edilməyən, tam yeni formatda təşkil olunacaq və bir gün deyil, bir həftə boyunca uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş və həssas qrupa aid uşaqlar (sosial təcrid şəraitində yaşayan və azadlıqdan məhrum edilmiş azyaşlılar, zorakılığa məruz qalan uşaqlar) üçün nəzərdə tutulmuş müxtəlif fəaliyyətlərdən ibarət proqram üzrə həyata keçiriləcək.
Tədbirlər planı Ümidli Gələcək STİB-nin xidmət mərkəzlərində qeydiyyatda olan, Uşaq Tərbiyə Müəssisəsində yaşayan, Probasiya xidməti nəzarətinə verilən, həmçinin Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə müraciət edən uşaq və yetkinlik yaşına çatmayanları da əhatə edəcək.
Həftəlik çərçivəsində həssas qruplara aid uşaqların asudə vaxtının səmərəli təşkili üçün art terapiya, psixoterapiya sessiyaları, komanda oyunları, ekskursiyalar, eləcə də Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulub. Uşaq Tərbiyə Müəssisəsində baş tutacaq tədbirə qonaq və rol-model qismində dəvət olunmuş bir çox tanınmış sima çətin uşaqlıqları fonunda uğur-motivasiya hekayələrini bölüşəcək. Bundan əlavə, uşaq hüquqlarının müdafiəsinə xidmət edən dəstək kanallarını və Azərbaycan Uşaq Qaynar Xidmətini tanıtmaq məqsədilə Bakı şəhərinin metro çıxışlarında uşaq və valideynlərə Uşaq Qaynar Xətt xidməti haqqında məlumatlar və əlaqə nömrələri əks olunan suvenir və hədiyyələr paylanacaq.
Qeyd edək ki, “Azercell Telekom” 116111 qısa nömrəsi ilə 24/7 rejimdə çalışan Azərbaycan Uşaq Qaynar Xəttinin 2010-cu ildən etibarən əsas tərəfdaşıdır. Həmçinin, Azercell-in təşəbbüsü və dəstəyi ilə 2022-ci ildə yaradılan Qadın Qaynar Xətt Xidməti fəaliyyət göstərir. Azercell cəmiyyətimizin ən həssas, ən çox qayğı və diqqət tələb edən təbəqələrinə dəstək olmaq, uşaqların sağlam mühitdə böyüyüb inkişaf etməsinə yardım istiqamətində müxtəlif sosial layihələrin həyata keçirilməsini davam etdirmək niyyətindədir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
27 d. əvvəl
İdxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur
-
29 d. əvvəl
Fiziki şəxslərin manatla depozitləri üzrə faizlərdə azalmalar qeydə alınıb
-
33 d. əvvəl
Cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 milyard dolları müsbət saldo qeydə alınıb
- 38 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir
-
1 saat əvvəl
Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub
-
1 saat əvvəl
Hesablama Palatası Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edib
-
1 saat əvvəl
Dövlət satınalmaları 57 faiz, kotirovka sorğusu üzrə satınalmalar 2 dəfədən çox artıb
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Mərkəzi Bank faizlərini dəyişməz saxladı

Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir

Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub
Ən çox oxunanlar

Hesablama Palatası Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edib

Rəsmi məzənnələr açıqlandı

"Facility Management Group" şirkəti şəhid və qazi övladlarına məktəb ləvazimatları hədiyyə edib

Apple-ın səhmləri iPhone 17-lərin təqdimatından sonra ucuzlaşıb

Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
