Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Buğda üzrə orta məhsuldarlıq 33,2 sentner təşkil edir

Taxıl biçini - 2023: sahələrin 23,5 faizində biçin başa çatıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Buğda üzrə orta məhsuldarlıq 33,2 sentner təşkil edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Respublikanın bölgələrində taxıl  biçini davam edir.

Bugünədək sahələrdən 598272 ton arpa, 152672 ton buğda yığılıb. Artıq arpa sahələrinin təxminən 50 faizində biçin başa çatıb, buğda sahələrində kütləvi biçinə başlanıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29.6 sentner, buğda üzrə isə 33,2 sentner təşkil edir. 

Reklam_3_11

Payızlıq əkinlər mövsümündə Saatlı rayonunda 19801 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 14873 hektarı buğda, 4928 hektarı arpa sahələridir. Bugünədək Saatlıda 6555  hektar sahədə biçin aparılıb, sahələrdən 24710 ton məhsul yığılıb. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 37.7 sent/ha təşkil edir. Saatlıda arpa biçini yekunlaşmaq üzrədir, arpa sahələrinin 94 faizində biçin yekunlaşıb. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən rayona digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib. 

Hazırda rayonda biçin prosesində 44 kombayn iştirak edir. Bunlardan 22 kombayn “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, “Aqroservis” tərəfindən digər rayon bölmələrindən Saatlıya 6 əlavə kombayn dislokasiya edilib. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 16 özəl kombayn da cəlb olunub. Rayonda arpa biçininin ən qısa müddətdə tam başa çatacağı gözlənilir. 

Qeyd edək ki, hazırda respublikanın 61 rayonunda biçin gedir. Bu günə qədər 247863 hektar sahədə, yaxud payızlıq əkin sahələrinin 23.5 faizində biçin başa çatıb. Sahələrin 66342 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.

Biçin prosesi davam edir. 

Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir. 

17.06.2023 16:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ