2 milyon tondan çox taxıl yığılıb - OPERATİV MƏLUMAT
Bölgələrdə taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, artıq 658339 hektar sahədə biçin başa çatıb, sahələrdən 2,164,746 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 32,9 sentner təşkil edir.
Bugünədək 16 rayonda taxıl sahələrinin 90 faizindən çoxunda biçin başa çatıb.
Respublika üzrə arpa sahələrinin 80 faizində biçin yekunlaşıb, sahələrdən 1 milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6 sentner təşkil edir. Buğda sahələrinin isə 50 faizində biçin aparılıb, 333088 hektar biçilmiş sahədən 1169774 ton buğda yığıılıb. Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb.
Hazırda biçin kampaniyasında 1493 kombayn iştirak edir. Onlardan 627-si “Aqroservis” ASC-nin, 866-sı isə hüquqi və fiziki şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.
“Aqroservis” ASC-nin kombaynları vasitəsilə 216848 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar vasitəsilə isə 441491 hektar sahə biçilib.
Taxıl biçini davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















