Dollar əsas dünya valyutaları qarşısında ucuzlaşır
Dolların əsas dünya valyutaları qarşısında ucuzlaşır. Bunun əsas səbəbi ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artırmağı sona çatdırmaqda olmasıdır.
Marja.az xəbər verir ki, avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanışdakı 1,1224 dollardan 1,1243 dollara yüksəlib. Dolların yen qarşısında məzənnəsi 138,03 yendən 137,64 yenə düşüb. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,11% azalaraq 99,66 bənd təşkil edib.
Həftənin əvvəlindən indeks 2,6% azalma göstərə, avroya nisbətdə dollar 2,4%, yen qarşısında 3,2% ucuzlaşa bilər. Bu, ABŞ valyutası üçün 2022-ci ilin noyabr ayının əvvəlindən bəri ən pis həftədir.
Dolların dəyər itirməsinin səbəbi bazarda FED-in gözlənilən iyul faiz artımından sonra artım dövrünü məhdudlaşdıra biləcəyinə dair gözləntilərdir. FED yüksək inflyasiya ilə mübarizə aparmaq üçün əsas faiz dərəcəsini ötən ildən qaldırmağa başlayıb, iyun ayında bu dərəcə illik 5-5,25% səviyyəsində saxlanılıb.
CME Group-un məlumatına görə, analitiklərin 92,4%-i bu ay FED-in uçot dərəcəsini 0,25 faiz baza bənd artıracağını düşünür. Eyni zamanda, analitiklərin 58,1%-i dekabr ayı üçün faizləri 5,25-5,5% səviyyəsində proqnozlaşdırır.
Həmçinin bazarlar cümə günü avro zonası və ABŞ üzrə statistik məlumatların açıqlanmasını gözləyirlər. Mütəxəssislərin hesablamalarına görə, may ayında avrozonanın ticarət kəsiri apreldəki 11,7 milyarda qarşı 7,6 milyard avro təşkil edib. Mütəxəssislərin proqnozuna görə, Miçiqan Universitetinin (Michigan Consumer Sentiment Index) ev təsərrüfatlarının ABŞ iqtisadiyyatına inam dərəcəsini əks etdirən istehlakçı əhval-ruhiyyəsi indeksi ilkin hesablamalara görə, iyunda 64,4 bənddən iyulda 65,5 bəndədək yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















