Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Memarlıq simfoniyası: Bakının ən eksklüziv binası mənzillərin satışına başlayır

“Bayıl Bay” məşhur italyan memar və dizayneri Mauro Lipparininin əsəridir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Memarlıq simfoniyası: Bakının ən eksklüziv binası mənzillərin satışına başlayır

(®) Paytaxtımızı ziyarət edən istənilən turistdən Bakı haqqında ən yaddaqalan xatirələrini soruşsanız, cavab böyük ehtimalla bu cür olacaq: “Şərq və Qərbin tarixini və mədəniyyətini səmərəli şəkildə birləşdirən maraqlı və qeyri-adi memarlıq üslubu”.  

Memarlıq intibahı  

Bu gün Azərbaycan dünya memarlıq mərkəzlərindən biri kimi şöhrət qazanıb və tanınmış memarların diqqətini çəkməyə davam edir. Onlar şəhərin qeyri-adi aurasından və bənzərsiz gözəlliyindən getdikcə daha çox ilhamlanaraq, memarlıq şedevrləri yaratmaqda davam edirlər. 

Bakının mərkəzində İtalyan üslubu  

Tarixən Bakının memarlığında “İtalyan üslubu” həmişə mövcud olub. Bu üslub yüksək fantaziya və yaradıcılıq azadlığını özündə ehtiva edir.  

Əbəs yerə deyil ki, Bakıda öz misilsiz şedevrlərini yaradan memarlar öz layihələrində “İtalyan üslubu”ndan geniş istifadə ediblər.   

Məsələn, Azərbaycan Tarix Muzeyinin yerləşdiyi bina, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi italyan üslubunda memarlığın ideal örnəyidir. Bakının baş memarı İosif Qoslavski tərəfindən inşa olunan binada müxtəlif memarlıq üslublarından istifadə edilib, simmetrik fasad isə İtaliya İntibahının dəbdəbəli üslubunda inşa olunub.  

Bakı Şəhər İcra Hakimiyyətinin binasında da “İtaliya ruhu” mövcuddur. Qoslavski binanın fasadını bəzəmək üçün İtaliyadan qırmızı dekorativ kərpic və rəngli mərmərlər sifariş edib.  

Əfsanənin qayıdışı  

Bu, Xəzər dənizinin sahilində, məşhur Səbail qalasının yaxınlığında yerləşən eksklüziv “club house” tipli “Bayıl Bay” binası ilə bağlıdır. Səbail qalası tarixi sirlərlə doludur və o, artıq sulara qərq olub, əfsanəyə çevrilib. Əfsanənin qayıdışı isə özünü “Bayıl Bay”ın timsalında büruzə verib.  

“Bayıl Bay” məşhur italyan memar və dizayneri, "təbii minimalizm"in banisi Mauro Lipparininin əsəridir.  

“Bayıl Bay” "Bakının mirvari boyunbağısı" hesab olunan Dənizkənarı Bulvarın yaxınlığında inşa olunub. Avropa standartlarına uyğun, qeyri-adi və dəbli “Bayıl Bay”, həqiqətən də müasir memarlığın bütün parametrlərinə cavab verir. İtalyan memar bu layihədə mütərəqqiliyi və lazımi rahatlığı mütənasib şəkildə birləşdirən unikal üslubu ərsəyə gətirməyi bacarıb. Eyni zamanda, “Bayıl Bay” Bakı buxtasının memarlıq ansamblına çox ahəngdar şəkildə uyğunlaşır və ona xüsusi yaraşıq verir.  

Sakitləşdirici gözəllik  

“Bayıl Bay”ın hər detalında "İtaliya ruhu" mövcuddur. Binanın fasadında istifadə edilən İtaliya istehsalı olan yüksək keyfiyyətli keramik plitələr həm mənzilləri təbii təsirlərdən qoruyur, həm də qüsursuz səs izoliyasiyasını təmin edir.  

Hər bir terrasda xüsusi texnologiyalardan istifadə edilməklə bitkilər əkilib, bu da binanı təmiz hava ilə təmin edir və sağlam mikroiqlim yaradır. Bununla da “Bayıl Bay” sözün əsl mənasında yaşıllıqlara qərq olub.  

“Bayıl Bay”da yerləşən hər bir mənzildə kifəyət qədər açıq məkan mövcuddur, bu da həm daxildə, həm də xaricdə bol günəş şüalarının düşməsinə şərait yaradır.  

Terrasa çıxan kimi möhtəşəm panorama gözlərimizin önündə peyda olur - dəbdəbəli bulvar və ucsuz-bucaqsız sulara malik əzəmətli Xəzər dənizi. Dənizi seyr edərkən yüngül mehdən həzz alırsınız. Bu da kurort tətili hissini yaradır.  

İnfrastrukturun qüsursuzluğu “Bayıl Bay”ın başqa bir mühüm üstünlüyüdür. Binanın daxilində xüsusi ab-hava var. Bina daxilində konserj xidməti kompleksin sakinlərinin daimi rahatlığı üçün lazım olan hər bir şəraiti yaradır. Elektrikli avtomobillər üçün Avropanın aparıcı istehsalçılarının şarj cihazları ilə təchiz edilmiş qarajlar inşa olunub. Bu da “yaşıl ev”in ümumi konsepsiyasını dəstəkləyir.  

Binanın daxilində müasir iş-həyat balansı trendinə uyğun kafe, konfrans zalı, kitabxana, istirahət zonaları mövcuddur.  

“Bayıl Bay”da mənzil sahibi olanlar gərgin iş günündən sonra evlərində rahatlıqla istirahət edə biləcəklər. 20 metrlik hovuzu olan fitnes zalı, “Technogym”in ən son yenilikləri ilə təchiz olunmuş idman zalı, sauna və SPA xidmətləri təklif olunur. “Bayıl Bay” evinizdə 5 ulduzlu otelin rahatlığını yaşamaq imkanını təmin edir.  

“Bayıl Bay” qeyri-mümkünü mümkün edib!  

Nəticədə “Bayıl Bay” müasir meqapolisin mərkəzindəki premium mənzilləri ilə fərqli yaşam tərzindən həzz ala biləcəyiniz bir məkan yaradıb.  

“Bayıl Bay”da mənzil sahibi olmaq və sadalanan gözəllikləri öz gözlərinizlə görmək istəyirsinizsə, *0121 nömrəsi ilə əlaqə saxlayıb yaşayış kompleksinə baş çəkə bilərsiniz. 

Ətraflı: bayilbay.az

https://instagram.com/bayilbay

Bayıl Bay memarlar Mauro Lippari italyan
05.09.2023 15:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ