İsveçrənin nüfuzlu affinaj şirkəti Azərbaycan Şirkıtinə növbəti dəfə müsbət rəy verib
“ARGOR-HERAEUS SA” şirkəti “AzerGold” QSC-yə növbəti dəfə müsbət rəy veribLondon Qiymətli Metallar Bazarı Assosiasiyasının “Məsuliyyətli Təchizatçı” proqramı çərçivəsində İsveçrənin beynəlxalq nüfuzlu “ARGOR-HERAEUS SA” affinaj şirkəti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) müşahidələrinə dair yekun hesabatını təqdim edib.
"“AzerGold” QSC-nin qiymətli metalların saflaşdırılması və xarici bazarlarda satışı sahəsində əməkdaşlıq etdiyi İsveçrə şirkəti Səhmdar Cəmiyyətin fəaliyyətini beynəlxalq standartlar və şəffaflıq meyarlarına uyğun olaraq 5 funksional sahə – dağ-mədən əməliyyatları; keyfiyyətə nəzarət və hasilat üzrə proseslər; sağlamlığın qorunması, əməyin və ətraf mühitin mühafizəsi; layihələrin idarəolunması; hüquq, cari qanunvericilik tələbləri, idarəetmə və korrupsiyaya qarşı mübarizə; yerli əhali ilə fəaliyyət üzrə qiymətləndirib",- “AzerGold” QSC-nin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, yekun hesabatda “AzerGold” QSC-nin peşəkar komanda ilə istehsalat sahəsi və qiymətli metal filizi mədənlərini yüksək səviyyədə idarə etdiyi qeyd olunub, bütün fəaliyyət istiqamətləri üzrə hazırlanmış siyasət, qayda və prosedurların proseslərə uyğunluq səviyyəsi nəzərdən keçirilib. Həmçinin, hesabatda korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində QSC-nin reallaşdırdığı genişmiqyaslı sosial və ekoloji layihələrdən razılıq ifadə olunub, iş prosesində ətraf mühitə zərər vura biləcək təhlükələrin qarşısının alınması və ya minimuma endirilməsi üçün milli qanunvericilik çərçivəsində bütün ağlabatan vasitələrdən istifadə edildiyinə dair qeydlər öz əksini tapıb.
Beləliklə, İsveçrə şirkəti fəaliyyətini beynəlxalq standartlar və şəffaflıq meyarlarına uyğun təşkil edən “AzerGold” QSC-yə növbəti dəfə müsbət rəy verib.
Qeyd edək ki, 18-20 iyul tarixlərində “ARGOR-HERAEUS SA” şirkətinin nümayəndə heyəti ölkəmizə səfər edərək, QSC-nin baş ofisində görüşlər keçirib, həmçinin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsini ziyarət ediblər. Səfərin məqsədi sənədləşdirilmiş KYC (Know Your Customer – Müştərini Tanı) məlumatlarının əsaslandırılması və “AzerGold” QSC-nin əməliyyat proseslərinin beynəlxalq təcrübə əsasında qiymətləndirilməsi, dünya miqyasında əsas tələblərə – KYC və “Due Diligence” (hüquqi ekspertiza) prosedurlarına uyğun olaraq çoxpilləli yoxlamaların aparılması olub. Yalnız bütün tələblərə cavab verdiyi müəyyən edildikdən sonra şirkətə hasil etdiyi qiymətli metalları saflaşdıra və xarici bazarlarda satışını təşkil edə biləcəkləri barədə müsbət rəy verilir. Xatırladaq ki, “AzerGold” QSC-yə müvafiq müsbət rəy ilk dəfə 2017-ci ildə təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
10 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
10 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
10 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
12 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
12 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
13 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
13 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®























