Azərbaycana eyni midarda pomidordan daha az məbləğdə valyuta daxil olub
Azərbaycanın pomidor ixracatçıları eyni miqdarda məhsul ixrac etsələr də gəlirləri azalıb.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin 8 ayında təxminən 112 min ton pomidor ixracından 134 milyon dollar əldə edən ixracatçılar, bu ilin eyni dövründə 112 min ton pomidor ixrcından 124 milyon dollar qazanıblar. Başqa sözlə, gəlirləri 10 milyon dollar azalıb.
2023-cü ilin yanvar-avqust dövründə Azərbaycandan 124 milyon 290 min dollar dəyərində 112 min 64 ton pomidor ixrac edilib. Ötən ilin eyni dövründə Azərbaycandan 134 milyon 228 min dollar dəyərində 112 min 301 ton pomidor ixrac edilmişdi. Miqdarın demək olar ki, eyni səviyyədə qalması, dəyərin isə azalması Azərbaycan pomidorunun xaricdə daha ucuz satıldığına işarədir. 1 ton pomidorun orta ixrac qiyməti 1195 dollardan 1109 dollara düşüb.
Azərbaycan pomidorunun böyük hissəsi Rusiya bazarlarına göndərilir. Rusiya rublunun dəyərdən düşməsi Dollar alışını daha bahalı edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
5 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
5 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
5 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
7 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
8 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
8 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
9 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
























