Putin rublun bahalaşması üçün tədbirlər görməyi tapşırdı
Rusiya prezidenti "rublun zəifləməsini inflyasiyanın sürətləndirilməsinin əsas amili" adlandırıb.Rusiya prezidenti Vladimir Putin hökumətə və Mərkəzi Banka rublun möhkəmlənməsi üçün tədbirlər görməyi tapşırıb.
Marja.az xəbər verir ki, 2024-2026-cı illər üçün federal büdcə layihəsinə həsr olunmuş iclasda dövlət başçısı qeyd edib: “Aydındır ki, indi əsas problemlərdən biri inflyasiyanın sürətlənməsi ilə bağlıdır, burada əsas amil aydındır – rublun ucuzlaşması.
Bunun səbəblərini aydın şəkildə anlamaq və gecikmədən vaxtında müvafiq qərarlar qəbul etmək lazımdır. Əminəm ki, hökumət və Mərkəzi Bank peşəkarcasına və ən əsası koordinasiyalı şəkildə işləyəcəklər".
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı sentyabrın 19-da dolların rəsmi məzənnəsini 96,65 rubl müəyyən edib.
"Rusiya iqtisadiyyatında bəzi əsas göstəricilər üzrə vəziyyət əvvəlki proqnozlardan yaxşıdır"
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, bəzi əsas göstəricilər üzrə iqtisadi vəziyyət əvvəlki hesablamalardan yaxşıdır:
"Bildirmək istəyirəm ki, bir sıra əsas göstəricilər üzrə vəziyyət əvvəlki təxminlərdən və proqnozlardan xeyli yaxşıdır".
Putin bildirib ki, mənfi proqnozların əksinə olaraq, ilin sonuna ÜDM 2,8% arta bilər: “Xatırladıram ki, hələ aprel ayında cari il üçün ÜDM-in artımının 1,2% olacağı gözlənilirdi, ilkin olaraq bizim üçün bəzi mənfi cəhətlər götürüldü, lakin sonra proqnoza düzəliş edildi. Biz artıq bu iqtisadi artımı əldə etmişik. Bu il ÜDM-in artımı 2,5%, bəlkə də daha çox, 2,8% səviyyəsinə çata bilər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























