Qəhvə təhlükədədir - Starbucks çıxış yolu axtarışındadır
İqlim dəyişikliyi qəhvə biznesi və fermerlər üçün böyük təhlükə yaradır.
Marja.az xəbər verir ki, Latın Amerikası və Karib hövzəsinə xidmət göstərən bir maliyyə institutu olan "Inter-Amerika İnkişaf Bankı"na (IADB) görə, "Düzgün böyümək üçün qəhvə bitkiləri xüsusi temperatur, işıq və rütubət tələb edir". IADB-nin son hesabatında qeyd edilir ki, hazırda bu şərtlər Latın Amerikasının müəyyən hissələrində, qəhvə "kəməri" adlanan bölgədə əsasən yerinə yetirilir.
Lakin bank xəbərdarlıq edib ki, 2050-ci ilə qədər “temperaturun artması qəhvə yetişdirmək üçün əlverişli ərazini 50%-ə qədər azaldacaq”. IADB qeyd edib ki, dəyişən iqlim bəzi ölkələrin yeni qəhvə yerləşdirə biləcəyi anlamına da gələ bilər.
Ancaq qəhvənin indi olduğu yerdə çiçəklənməyə davam etməsi üçün hər şey dəyişməlidir.
Bütün dünya qəhvəsinin təxminən 3%-ni aldığını söyləyən Starbucks, istiləşən planetdə daha yaxşı dayanmaq üçün xüsusi olaraq becərilən yeni "arabica" sortlarını inkişaf etdirir. 10 ildən artıqdır ki, Starbucks-ın aqronomları müxtəlif növ qəhvə ağacları yetişdirir, nisbətən qısa müddətdə yüksək məhsuldarlıqda məhsul verəcək və bir xəstəlik olan qəhvə yarpaqlarının paslanmasına qarşı müqavimət göstərən ağacları tapmağa çalışırlar.
Starbucks hazırda 6 yeni çeşid üzərində işlər aparır. Şirkətin Kosta Rikada təhsil və tədqiqat mərkəzi olan "Hacienda Alsacia" mövcuddur.
Starbucks-ın icraçı vitse-prezident Mişel Börns deyib: “İşlədiyimiz və sınaqdan keçirdiyimiz bəzi növlər məhsulu üç və ya dörd ildə deyil, iki illik dövr ərzində verir. Hər şey yaxşı olarsa, bu, daha tez və daha çox qəhvə demək olacaq. Bu həmçinin Starbucks və onun təchizatçılarının qələbəsi olacaqdır".
Dünyada təxminən 36 000 şöbəsi olan Starbucks, əsasən fermerlərdən asılıdır - 30 ölkədən təxminən 400 000 fermerdən məhsul alır. Onlar, dünyanın digər qəhvə fermerləri ilə birlikdə qlobal istiləşməyə uyğunlaşmaq üçün mübarizə aparırlar.
Təbii ki, qəhvə iqlim dəyişikliyi ilə təhdid edilən yeganə məhsul deyil. Quraqlıq, don və ya güclü yağışlar kakaodan üzümə qədər kənd təsərrüfatı məhsullarının məhsuldarlığını məhv edə bilər. Ekstremal hava isə gözlənilməzdir və fermerlərin bu dəyişiklikləri effektiv şəkildə planlaşdırmasını çətinləşdirir.
Starbucks tərəfindən istifadə edilən yeganə çeşid olan "arabica" qəhvəsi xüsusilə risk altındadır. Professor Miguel Gomez deyib ki, "arabica" qəhvəsi ilə daha çox iqlimə davamlı növlər inkişaf etdirmək üçün "təcili ehtiyac" var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
27 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























