"City Garden Narimanov"da yatırım fürsəti
(®) Ağıllı Yatırım – gələcəyə doğru addım!
Uzun illərdir uğurlu insanlar ağıllı yatırımlar edirlər. Bu yatırımla biznes qurub, gələcəyi təminat altına alır və əlavə özlərinə gəlir mənbəyi yaradırlar. Bəs necə ağıllı Yatırım etmək olar?
Yatırım müxtəlif formaları var: kriptovalyuta, şirkət səhmləri, azad biznes və s. Bunlardan hansı seçim etibarlı, risksiz, həm də yüksək gəlirlidir?

Kriptovalyuta
Kriptovalyutaya sərmayə qoymaq cəlbedici ola bilər, lakin risk böyükdür. Kriptovalyutalar qeyri-stabilliyi ilə tanınır. Həm də kriptovalyutalar rəqəmsal pul kisələrində saxlanılır deyə haker hücumlarına məruz qalıb yatırımı itirə bilərsiz.
Şirkət səhmləri
Şirkət səhmlərinin dəyəri iqtisadi, geosiyasi hadisələr və bazar hərəkətliliyi kimi amillərdən ciddi şəkildə asılıdır. Bazar dəyişkənliyi, xüsusən də investisiyalarını daim izləyənlər üçün emosional stressə səbəb ola bilər. Bazarın tənəzzülü zamanı çaxnaşma satışı kimi emosional qərarların qəbulu sərmayənizi zəiflədə bilər.
Azad biznes
Azad biznes qurmaq faydalı bir cəhd ola bilər. Əsaslı bazar araşdırması, biznes plan, ixtisaslı komanda və ən əsası yetərli sayda müştəri bazanız olarsa uğurlu olmaq etimalınız var. Bütün işlərə vaxt sərf etməyinizlə yanaşı, istənilən halda sizinlə bənzər xidmətlər təklif edən böyük şirkətlərin sərt rəqabət stategiyaları ilə üzləşə bilərsiz.

City Garden Narimanovda real əmlak
Hazırda 1-ci hissəsinin 80%-i inşa edilmiş meqa yaşayış kompleksi “City Garden Narimanov” layihəsi sizə illik 20%-dək qazanc gətirə bilən “Ağıllı Yatırım” imkanı təklif edir. Pulunuzu nə evdə saxlayın, nə də dəyərdən salacaq vasitələrə əl atın. “City Garden Narimanov”a investisiya edərək sərvətinizə dəyər qatın. Sadəcə 150 000 manatlıq yatırımla illik 30 000 AZN-dək gəlir əldə edin.

Əlavə olaraq mənzili icarə verərək aylıq stabil qazanc əldə bilərsiniz.
Ağıllı yatırım edib “City Garden Narimanov”dan mənzil almağın üstünlükləri:
-yeni əmlak sahibi olmaq;
-icarə gəlirləri və artan əmlak dəyəri;
-səhmlər, kriptovalyutalar kimi tez-tez qiymət dəyişikliyinə məruz qalmır;
-danışmaz əmlak yatırımı risksiz hesab olunur;
-daşınmaz əmlak valyutanın inflyasiyası zamanı dəyər itirmir;
-daşınmaz əmlak bazarları sabit və proqnozlaşdırılması mümkündür;
-sadəcə əmlak sahibi olaraq işləmədən qazanc əldə edə bilərsiniz.

“City Garden Narimanov” 21 hektarlıq ərazidə inşa edilir və binalar ərazinin sadəcə 20%-ni əhatə edir. Qalan 17.3 hektarlıq ərazidə isə istirahət və oyun parkları, meyvə bağçaları, idman, piknik və barbekü zonaları inşa edilir.


Kompleksin daxilində 2 məktəb, bağça, klinika, 50-dək markanı əhatə edən alış-veriş mərkəzi, müxtəlif iaşə obyektləri də yerləşəcək. Siz buradan mənzil alaraq həm premium həyat tərzinə keçid edə, həm də ağıllı yatırım edərək gələcəyə doğru uğurlu addım ata bilərsiz.
Daha ətraflı: *1544 / 051 255 25 51
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
10 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
10 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























